Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 17 Noyabr 2014 14:33

Prezident: “Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir"

ilkham aliev 15“Uşaq hüquqlarının müdafiəsi Azərbaycan dövlətinin uşaqlarla bağlı siyasətinin əsas istiqamətlərindəndir. Uşaqların problemləri ilə məşğul olan dövlət qurumlarının gündəlik fəaliyyəti hər birinizin vicdan, fikir və söz azadlığınıza hörmətlə yanaşılmasına və hüquqlarınızın tam təmin edilməsi üçün əlverişli mühitin yaradılmasına yönəlib”. APA-nın xəbərinə görə, bu fikirlər prezident İlham Əliyevin Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı təbrik məktubundandır.

Məktubda qeyd olunub ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir.

Bildirilib ki, artıq ölkədə uşaqların sağlamlığının yaxşılaşdırılması, təlim-tərbiyəsinin düzgün təşkili, fiziki, əqli və intellektual-mənəvi inkişafı, eləcə də onların öz istedadlarını nümayiş etdirmələri üçün lazımi şərait mövcuddur: “İndi başlıca məqsəd uşaqların zəngin mədəni sərvətlərimizə hörmətlə yanaşan layiqli vətəndaş kimi yetişdirilməsi və hərtərəfli şəxsiyyət olaraq formalaşdırılmasıdır. Ölkəmizdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanına çevrilmiş qaçqın və məcburi köçkün uşaqları daim diqqət mərkəzindədir. Dövlətimiz bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə nail olmaq üçün respublikamızın ərazi bütövlüyünün bərpası istiqamətində tarazlaşdırılmış siyasət həyata keçirir. Azərbaycanın davamlı inkişafı uşaqlarımızın xoşbəxt və firavan həyatının təmin olunması baxımından cəmiyyətimiz qarşısında mühüm vəzifələr irəli sürür. Məhz övladlarımızın sabahı naminə bu vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə hər bir vətəndaşımız qüvvə və bacarığını səfərbər etməlidir. Ümidvaram ki, Forumunuz çərçivəsində uşaq problemlərinə dair aparacağınız fikir mübadiləsi, səmərəli müzakirələr və qəbul edəcəyiniz qərarlar gələcək fəaliyyətinizdə sizə dəstək olacaq”.

Oxunub 1491 dəfə