Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 17 Noyabr 2014 14:29

Heydər Əliyev Mərkəzində “Uşaq ürəkləri Azərbaycanda döyünür” şüarı altında beynəlxalq konfrans keçiriləcək

Uşaq ürəkləri Azərbaycanda döyünürNoyabrın 20-dən 22-dək Heydər Əliyev Mərkəzində “Anadangəlmə Ürək Xəstəliklərində Yeniliklər" (Update in congenital heart diseases) adlı beynəlxalq konfrans keçiriləcək. Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Uşaq ürəkləri Azərbaycanda döyünür” (Children’s hearts beat in Azerbaijan) şüarı altında təşkil olunacaq beynəlxalq konfrans 20 Noyabr - Ümumdünya Uşaqlar Gününə həsr edilib.

Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilən tədbir, həmçinin uşaq hüquqlarının əsas təməli sayılan "Sağlamlıq hüququ"nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsidir.

Konfransda anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsində ən son yeniliklər, tədqiqatlarda elmi və texnoloji nailiyyətlər barədə fikir mübadiləsi aparılacaq. Mütəxəssislərin məruzələri ilə yanaşı, klinik kurslar, canlı cərrahiyyə yayımı və video prezentasiyalar da təşkil olunacaq.

Konfransın əsas məqsədi Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdır. 

Qeyd olunub ki, Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşacaq beynəlxalq konfransın açılış mərasimində anadangəlmə ürək qüsurları probleminə həsr olunan filmin təqdimatı da nəzərdə tutulur.

Konfransda Amerika, Avropa, Asiya, Afrika və Avstraliya qitələrini əhatə edən 50 ölkədən 300-dən çox mütəxəssis iştirak edəcək.

Oxunub 1481 dəfə