Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 22 Noyabr 2011 15:03

İş, əmək və sənət haqqında

  • Yazda çalan qışda oynar
  • Yanan yerdən tüstü çıxar
  • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış
  • Yeməyə kömək, işləməyə də kömək
  • Yeməyin qulu, işləməyin xəstəsi
  • Yüyürək at özünə qamçı vurdurmaz
  • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır
  • Yorğanına bax, ayağını uzat
  • Kamil bağban çəkər bağın səfasın
  • Nə əkərsən, onu biçərsən
  • Nə qoyuna gedər, nə qapıda hürər
  • Sənət insan üçün xəzinədir
  • Səhər gününə qızınmayan, axşam gününə qızınmaz
  • Sözün ilə işin bir olsun
  • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın
  • Tənbələ iş buyur, o sənə nağıl danışsın
  • Tənbəllik azar artırar, işləmək canı saf eylər
  • Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  • Uzaqdan baxana döyüş asan gələr
  • Uzaqdan zurna səsi xoş gələr
  • Ustadına gəc baxanın gözlərinə qan damar
  • Usta görməyən şagirdin gözü əllərdə qalar
  • Uşağa iş buyur, ardınca yüyür
  • Halva-halva deməklə ağız şirin olmaz
  • Çala-çala çalağan olar
  • Çalışqan əl nəyə dəysə qızıl olar
  • Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik
  • Cəfa çəkməyən səfa görməz.
  • Cəhrə əyirsən don yiyəsi olarsan
  • Yalançının evi yandı,heç kəs ona inanmadı

 

Elm, bilik və ağıl haqqında

  • Abdaldan paşa olmaz, taxtadan - maşa.
  • Ağac bar verəndə başın aşağı dikər
  • Ağıl ağıldan üstün olar
  • Ağıl yaşda olmaz, başda olar
  • Ağıllı baş hər şeydən mənfəət götürər
  • Ağıllı qəm yeyər, ağılsız qamçı
  • Ağıllı fikir edincə, dəli Kürdən keçər
  • Bacarıq ağılın nişanəsidir
  • Baxmaqla öyrənmək olsa, it də qəssab olar
  • Başı daşa dəyməyincə ağlı başına gəlməz
  • Bilmədiyini biləndən sor
  • Bilməmək eyib deyil, soruşmamaq eyibdir
  • Elm ağılın çırağıdır
  • Elmin gücü yıxar bürcü
  • Ədəb bazarda satılmaz...
  • Göz görmək üçün, ağıl bilmək üçün
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Hər oxuyan Molla Pənah olmaz
  • Qafil yaşamaqdan ölmək yaxşıdır
  • Qələm qılıncdan itidir
  • Qələm əyri yonulsa da düz yazar
  • Qələmin ucu, qılıncın gücü
  • Qələm yazanı qılınc poza bilməz
  • Qüvvə hər şeyi, ağıl qüvvəni sındırar
  • Məkkəyə gedən dəvə hacı olmaz
  • Savadsız adam kor kimidir
  • Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram"

 

Mərdlik və igidlik haqqında

  • Ağalıq verimlədir, igidlik vurumla
  • Ağac əyildi, sındı, igid əyildi, öldü
  • Aydan arıyam, sudan duru
  • Alıcı quş dimdiyindən bilinər
  • Alnım açıq, üzüm ağ
  • Araba qoş, çarxa dur, Mərd igidə arxa dur
  • Aslanın nə erkəyi, nə dişisi
  • Asta vur, Rasta vur
  • At ət ilə, igid don ilə
  • At ölər nalı qalar, İgid ölər namı qalar
  • Beş günün yarağı, bir günün gərəyi
  • Bir igid qırx ildə meydana gələr
  • Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar
  • Bir qorxaq bir ordunu bada verər
  • Vura bilməyən, daşın böyüyünü götürər
  • Vuran igid dayısına gəyişməz
  • Vuraram ölər, kiş deyərəm getməz
  • Vur qırxı, gedər qorxu
  • Vur deyənlə, vuran yarıdır
  • Qapan it dişin göstərməz
  • Qaçanı qovmazlar
  • Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz
  • Qorxaq qaçar hay gəlməmiş, cırmanar keçməyə çay gəlməmiş
  • Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol
  • Qorxaq nə zərər eylər, nə mənfəət.
  • Qorxaq hər şeyi dörd görər
  • Qorxaq öz kölgəsindən də qorxar
  • Qorxan gözə çöp düşər
  • Qorxan öküz cütə getməz
  • Qorxu adama yalan söylədər
  • Qorxu başa bəladır
  • Qorunan baş salamat olar.
  • Qorxursansa pişikdən, niyə çıxırsan deşikdən
  • Qoçdan qoç törər
  • Qoç döyüşünə qoç dözər
  • Qoç igid qurddan çəkinməz
  • Qurbansız bayram olmaz
  • Qurddan qorxan qoyun saxlamaz
  • Quş var ətin yeyərlər, quş var ət yedirdərlər
  • Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç
  • Dağlar başına qış, igid başına iş
  • Zəri də var, zoru da
  • İgid arxasında igid gizlənər
  • İgid ağzını açmaz, əlini açar
  • İgid qovqasız olmaz
  • İgid igidə xor baxmaz
  • İgid ilqarından, dəvə ovsarından
  • İgidin başı qalda gərək
  • İgidin əli işdə gərək
  • İgidin yaraşığı sınaqdır
  • İgidin süfrəsi açıq olar
  • İgidin ürəyi haça olar
  • İgid min yaşar, fürsət bir düşər
  • İgidlik döyüşdə məlum olar
  • İgidlik ondur: biri zordur, doqquzu fənd
  • İgid oğul düşmənə əyilməz
  • İgid odur atdan düşə atlana, igid odur hər yaraya qatlana
  • İgid ölər, adı qalar
  • İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
  • Yanında igid olsun, kol dibi evin olsun
  • Keçmə namərd körpüsündən qoy aparsın sel səni,
    Yatma tülkü daldasında qoy yesin aslan səni
  • Mərddən bir xəta, namərddən min
  • Mərd əli kasad olmaz
  • Mərdi qova-qova namərd eləmə
  • Mərd igidlər süfrə açar, ad alar
  • Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar
  • Mərdin gözü tox olar, namərdin gözü ac
  • Mərd gördüyün deməz
  • Mərd mərdi qanar, bərkdə oduna yanar
  • Mərd özündən bilər, namərd yoldaşından
  • Mərd çörəyini daşdan çıxardar
  • Namərddən keç, mərddə dur
  • Namərdə yaxa vermə, mərdə arxa ol
  • Namərdi bir gördüm, bir də görsəm namərdəm
  • Namərdin otağından, mərdin ağac kölgəsi
  • Namərdin plovundan, mərdin qaşıq aşı
  • Namərdə tuş gələnin işi düyünə düşər
  • Pis iş mərdə ar olar, namərd gözü dar olar.
  • Təkədə qoç hünəri olmaz

 

Birlik və dostluq haqqında

  • Ağıllı düşmən nadan dostdan yaxşıdır
  • Arxalı köpək qurd basar
  • Baş-başa verməyincə daş yerindən qalxmaz
  • Birisi minə bağlıdır, mini də birə
  • Bir gün düz yediyin yerə, qırx gün salam ver
  • Birlik harada, dirilik orada
  • Bir su ki girdi qaba, oldu içməli
  • Vəfalı dost yad olmaz, görməsə yüz il səni
  • Qarı düşmən dost olmaz
  • Qoyun quzusunun ayağını basmaz
  • Qonşu qonşuya baxar, canını oda yaxar
  • Qonşu qonşunun itini bayatı çağıra-çağıra tapar
  • Qonşu iti qonşuya hürməz
  • Qonşu qonşu olsa kor qız ərə gedər
  • Qonşu muncuğunu götürən onu ancaq gorda taxar
  • Qonşum sağ olsun, ocağından od verməsin
  • Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan
  • Qonşunun haqqı axirət haqqıdır
  • Qonşu payı dolu gələr, dolu gedər
  • Qonşu paxıl olmasa, bağ çəpəri neylər?!
  • Dağ dağa qovuşmaz, insan insana qovuşar
  • Doğru dostluq qərəzsiz olar
  • Dost başa baxar, düşmən ayağa
  • Dost dost ilə tən gərək, tən olmasa gen gərək
  • Dost dosta yaman gündə gərəkdir
  • Dost dar gündə tanınar
  • Dost ziyankar olmaz, ziyankar da dost olmaz
  • Dost yaman gündə tanınar
  • Dost yolunda boran olar, qar olar
  • Dost yolunda can qurban
  • Dostluqla tutub, düşmənliklə yıxma
  • Dost min isə azdır, düşmən bir isə çoxdur
  • Dostun versə qum, al ovcunda yum!
  • Ev alma, qonşu al
  • Əli ələ vurarsan, səs çıxar
  • Ət ilə dırnaq arasına girən iyiyər çıxar
  • Yaxşı dostu yaman gündə sına
  • Yaxşı gündə düşmən gələr dost olar, igid odur yaman gündə dayansın
  • Yeməklə dost olan illərlə küsülü qalar
  • Yoldaşını nişan ver, özünü tanıt
  • Örtülü bazar dostluğu pozar
  • Özgə atına minən tez düşər
  • Özgə buzovunu güdənin çatısı əlində qalar
  • Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar
  • Özgəyə quyu qazan özü düşər
  • Özgəsinə göz qoyan özünkünü itirər
  • Sidq ilə dost olan ürəkdən də bir gərək
  • Tək əldən səs çıxmaz
  • Hər şeyin təzəsi, dostun köhnəsi
  • Çox qarışqa bir şiri öldürər
  • Çörək itirən çörək tapmaz.

 

Vətən və el haqqında

  • Abadan kənd tüstüsündən bilinər
  • Ağac dibindən su içər
  • Ağacı içindən qurd yeyər
  • Ağac meyvəni dəyənə qədər böyüdər
  • Ağac olan yerdə budaq sınar
  • Ağac səmtinə yıxılar
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ana kimi yar olmaz, Vətən kimi diyar
  • Anasından ayrı düşən quzunu qurd yeyər
  • Asılsan da uca budaqdan asıl
  • Bağa baxarsan bağ olar, baxmazsan dağ olar
  • Bu dünyada şirin şey bir anadır, bir Vətən
  • Bülbülü saldılar qəfəsə dedi: "Ay Vətən, ay Vətən". Buraxdılar, qondu tikan koluna, dedi: "Can Vətən, can Vətən"
  • Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir
  • Vətəndən ayrı düşsəm viran ollam, talannam
  • Vətənə gəldim, imana gəldim
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi
  • Qoçun buynuzu qoça ağırliq eləməz
  • Qürbətdə xan olunca, Vətənində dilən, gəz
  • Dağ yeri - duman yeri, yurd yeri - guman yeri
  • Dam dirək üstə durar
  • Doğma yurd şirin olar
  • Dünyada Vətəndən əziz nə var?
  • Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin
  • El ağzını bağlamaq olmaz
  • El ağzı faldır
  • El arxası çəmən olar
  • El atan daş dağdan aşar
  • El atan daşa güc düşməz
  • El tutanı ər tutar, ər atanı el atar
  • El qapısı həm gec, həm güc açılar
  • El bir olsa zərbi kərən sındırar
  • El dəlisini çölə atmaz
  • El elə sığışar, ev evə sığışmaz
  • El elin aynasıdır
  • Elə arxalanan igidin, arxası yerə dəyməz
  • Eli dağlamaq olmaz, ağzın bağlamaq olmaz
  • Elimə qalsın, günümə qalmasın
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz
  • Elin gözü sərraf olar
  • Elin gücü bir olsa, düşməni dara çəkər
  • Elin oğlu yumurtaya qulp taxar
  • El keçən körpüdən qorxma, sən də keç
  • El köçdü, oba qaldı
  • El gözündən düşən boy atmaz
  • El gözündən düşən gözsüz qalar
  • El gücü, sel gücü
  • El gücü, yel gücü, sel gücü
  • Ellərə gülən canım - indi olub el gülüncü
  • El oğrusuz, çöl qurdsuz olmaz
  • El öz dəlisini tanıyar
  • El sevəni aləm sevər
  • Elsiz dağ viranədir
  • El tikəni yel yıxa bilməz
  • El harda, sən də orda
  • El çalan zurnanın səsi uzağa gedər
  • Yerlərdir haman yerlər, görünməz oldu illər
  • Yer, oturan adamla şərəflənər
  • Yersiz gəldi, yerli qaç
  • Yurddan çıxsan da, eldən çıxma
  • Köçən yurdun qədrini, düşən yurdda bilərlər
  • Lələ köçüb, yurdu qalıb
  • Lələ var, yurdu yox
  • Oba bizə, biz obaya hayanıq
  • Oba köçüb, yurdu qalıb
  • Ölər Koroğlu getməz bu yurddan
  • Sular hərəkətlidir, torpaq bərəkətlidir
  • Torpaqda itki olmaz, kötüksüz bitki olmaz
  • Uçan damın böyüklüyü binövrəsindən bilinər
  • Hər ağac öz dibinə kölgə salar
  • Hər quşa öz yuvası doğmadır
  • Hər kəsə öz Vətəni əzizdir
  • Hər kəsi el istəsə, bülənd olar, ucalar

 

Valideyn və övlad haqqında

  • Ana, bala ucundan canını oda yaxar
  • Ana qarnında necə qalıbsan?
  • Anadan əziz yenə anadır
  • Anadan əmdiyim süd burnumdan gəldi
  • Analar bizi bu gün üçün doğub
  • Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər
  • Analı quzu, xınalı quzu
  • Anan, bacın kimdir? - Yaxın qonşum
  • Ananın səbri tükənməz olur
  • Anasızın gördüyü iş danlaqsız bitməz
  • Anası gəzən ağacları balası budaq-budaq gəzər
  • Anasına bax qızını al, Qırağına bax bezini al
  • Ata-ana qədrini bilməyən, yadın qədrini nə bilər
  • Ata-anamı itirdim, özümü yara yetirdim
  • Ata-anasına xeyri olmayanın, elə nə xeyri
  • Ata-ana sözünə baxmayan xoş gün görməz
  • Ata-ananın canı övlada bağlı olar
  • Ataya oğul, anaya qul
  • Ata malına göz dikən ac olar
  • Atam ilə atanı deyincə, özüm ilə özünü de
  • Atam gündəni sayır, anam gündədən kəsir
  • Atan soğan, anan sarımsaq, sən hardan oldun belə gülbəşəkər?
  • Ata olmasan, ata qədri bilməzsən
  • Atı atası ilə tanıdarlar, qatırı anası ilə
  • Bir ata yeddi oğulu dolandırdı, yeddi oğul bir atanı dolandırmadı
  • Böyüyə hörmət vacibdir
  • Böyük danışanda kiçik danışmaz
  • Böyük danışanı kiçik götürər
  • Böyük sözünə baxmayan baxımsız qalar
  • Böyük tökəni kiçik yığar
  • Böyüyün sözündən çıxmazlar
  • Qoca başqa, qocaman başqa
  • Qoca qurd kahasından çıxmaz
  • Qocadan demək, cavandan əmək
  • Qoca evin sütunudur
  • Qocaya hörmət elə, sən də qocalacaqsan
  • Qocanın biliyi, cavanın biləngi
  • Qız da oğlan da övladdır, hər ikisi bir-birindən şirin
  • Qız evlərdə tanınar, ipək dəzgahda
  • Qızım, sənə deyirəm, gəlinim, sən eşit!
  • Övlad ata-ananın ürəyidir
  • Övlad ya ataya oxşar, ya anaya
  • Ərkəsöyün böyüyən oğul avara olar
  • Yaxşı igid dayısına çəkər, xanım qız bibisinə
  • Kiçikdən xəta, böyükdən əta
  • Oğlum oğul olsun, kol dibi evim
  • Öz anasını sevməyən özgə anasını sevməz
  • Uşaq atadan yox, anadan yetim qalar
  • Uşaq atasını hamıdan güclü bilər
  • Uşağa uşaq deyiblər, böyüyə böyük
  • Uşaq evin yaraşığıdır
  • Uşaq gördüyün götürər, eşitdiyin deyər
  • Uşaqlıqda yalançı olana böyüyəndə inanmazlar
  • Uşaq sözün düzünü deyər

 

Söz, söhbət, danışıq haqqında

  • Abır istəsən çox demə, sağlıq istəsən çox yemə
  • Ağzının qaytanı yoxdur
  • Adam var gözdən qızar, adam var sözdən qızar
  • Adam odur ilqarından dönməyə
  • Adam yıxıldığı yerdən qalxar
  • Adın nədir? - Rəşid! Birin de, birin eşit!
  • Adamın üzünə baxarlar, halını xəbər alarlar
  • Ara sözü ev yıxar
  • Başa dil gətirəni el gətirə bilməz
  • Bildiyindən danış, bilmədiyin səni güdaza verər
  • Bir qəlbi ki tikə bilmirsən, niyə yıxırsan?
  • Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi
  • Bir doğru ki, yalana oxşadı, onu deməzlər
  • Bir misqal dilini qoyub, bir batman başı ilə danışır
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı
  • Qorxu adama yalan dedirdər
  • Damara bax, qan al
  • Danışana macal vermir
  • Danışmaq gümüş, danışmamaq qızıldır
  • Danışıram - pis olur, danışmıram - his olur
  • Dedim bir ağız ağla, demədim eli güldür bizə
  • Dedim eşidəsən, demədim öyrənəsən!
  • Deyə-deyə dilimdə tük bitdi
  • Deyən ağılsız olsa, dinləyən ağıllı gərək
  • Dilim-dilim olasan, dilim!
  • Dilini saxlayan salamat olar
  • Dil yalançı olunca, lal olsa yaxşıdır
  • Dil ürəyin açarıdır.
  • Dil yanılar, doğrusunu deyər
  • Dil yarası qılınc yarasından yamandır
  • Dinəndə pis olur, dinməyəndə dərd kəsir
  • Doğru danışanın papağı yirtıq olar
  • Doğru elə bilir hamı doğrudur
  • Doğru yalanı qovar
  • Doğruya zaval yoxdur, çəksələr min divana
  • Doğruluqla dost qapısın dolan gəl öz evin kimi
  • Doğru söz acı olar
  • Doğru sözdən xəta gəlməz
  • Doğru söz dəmiri dələr
  • Düzlük xoşbəxtliyin açarıdır
  • Düzlük uzanar, qırılmaz
  • Düz sözə boynum qıldan nazikdir
  • Əvvəl danış, sonra gül
  • Əvvəl düşün, sonra danış
  • İnsan ölər, söz qalar
  • Yağmasan da gürulda
  • Yalan ayaq tutar, yeriməz
  • Yalan danışan hamını qanmaz bilər
  • Yaman dil başa bəladır
  • Yalan ilə dünyanı gəzmək olar, qayıtmaq olmaz
  • Yaman yeyənin olsun, yaman deyənin olmasın
  • Yalan ki var, doğrunun quludur
  • Yalan söz üz qizardar
  • Yalançını mənzilənədək qov!
  • Yalançının evinə od düşdü, heç kəs inanmadı
  • Yalançının üzü qara olar
  • Yalançının hafizəsi olmaz
  • Yalançı tamahkarı aldadar
  • Kələk ilə gələn külək ilə gedər
  • Kişinin sözü bir olar
  • Nə dil bilsin, nə dodaq
  • Sözü söz kəsər
  • Söz bir olsa, dağ oynayar yerindən
  • Söz var el içində, söz var ev içində
  • Söz vaxtına çəkər
  • Söz verər, bez verməz
  • Söz qılıncdan kəsərlidir
  • Söz danışıqdan keçər
  • Sözdən söz götürür
  • Sözdən söz çıxar
  • Söz doğar
  • Söz insanın vuran əlidir
  • Söz ki var, dəmirdir, vurduqca uzanar
  • Söz götürənin, yer oturanındır
  • Sözlə plov olmaz, yağ ilə düyü gərək
  • Sözü məqamında deyərlər
  • Söz odur ki, haqqa vara
  • Söz sözün dayağıdır
  • Söz sözü çəkər, arşın bezi
  • Sözü ağzında bişir, sonra çıxart
  • Sözü at, yiyəsi götürər
  • Sözün damarı olar, çəkdikcə uzanar.
  • Sözün də qanadı var
  • Sözün doğrusun de, min atını çap
  • Sözün doğrusunu zarafatla deyərlər
  • Sözün ilə işin bir olsun
  • Sözün yalanı olmaz, yanlışı olar
  • Sözün yaxşısı baldan şirin olar
  • Sözünü bilməyənə aşağı başda da yer yoxdur
  • Sözü sözdən alarlar
  • Söz həyatın bəzəyidir
  • Söz çeynəyən çox, söz deyən az
  • Söyləyəndən dinləyən arif gərək
  • Söyləyən olma, dinləyən ol
  • Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq
  • Çox bilirsən, az danış
  • Çox bilib az danışmaq igidin ləngəridir
  • Çox bilən quş dimdiyindən cələyə düşər
  • Şirin dil ilanı yuvadan çıxardar.

 

Ehtiyat və sayıqlıq haqqında

  • Ağzı əyrini boynunun ardından tanımaq olar
  • Arifə bir işarə, qanmaza min toppuz
  • At oğurlanandan sonra axur nəyə gərək
  • Bir ağızdan çıxan min ağıza yayılar
  • Bir daş altda, bir daş üstdə
  • Qarğa, qarğa, məndə qoz var
  • Qaçırılan fürsət ələ düşməz
  • Qurdun qonağlığına get, köpəyi də yanınca apar
  • Daldan atılan daş topuğa dəyər
  • Düşmən zəif olsa da, ehtiyatı əldən vermə
  • Ev bizim, sirr bizim.
  • Ehtiyat igidin yaraşığıdır
  • Ehtiyatlı oğulun anası ağlamaz
  • Eşitdiyinə inanma gördüyünə inan
  • İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı
  • Yatan itləri oyatma
  • Yerin də qulağı var
  • Yoldan çıxanı yol vurar
  • Yüz ölç, bir biç
  • Nə göz görsün, nə ürək bulansın
  • Nə eşitsin, nə də qanı qaralsın
  • Nə yada sirrini ver, nə namərdə bel bağla
  • Nə görsün, nə də hürsün
  • On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir
  • Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər
  • Pusquda oturan yatmaz
  • Sirr açandan el qaçar
  • Sirrini demə dostuna, dostunun da bir dostu var
  • Sonrakı peşmançılıq fayda verməz
  • Soruşan dağları aşar, soruşmayan düzdə çaşar
  • Xalam bildi - aləm bildi
  • Şərti şumda kəs, xırmanda şana-kürək sınmasın

 

Ümid, arzu və istək haqqında

  • Adam adam sayəsində adam olar
  • Adamın gərək dili ilə ürəyi bir ola
  • Adamın tamarzısı, hər kəsin öz arzusu
  • Ayın beş gün qaranlığı olanda, beş gün də aydınlığı olar
  • Allaha əl çatmır, padşaha söz
  • Allahdan buyruq, ağzıma quyruq.
  • Alnı açıq, üzü ağ; dərd-qəmi yox, kefi çağ
  • Aman istəyənin boynun vurmazlar
  • Arzu bir, ümid iki
  • Atalar gözəl demişlər: "Dünyanı ümid ilə yemişlər".
  • Atın izi itin izinə qarışmaz
  • At ölüb, itlərin bayramıdır
  • Axtaran tapar, yoğuran yapar
  • Ac toyuq yuxuda darı görər
  • Bağbanın könlü olsa, nə gəlib bağda bara
  • Bal tutan barmaq yalar
  • Balıq istəyən özünü suya vurar
  • Başına gələn başmaqçı olar
  • Başını keçəl eləmə, hər keçəlin taleyi bir olmaz.
  • Bizim evdə də bir gün bayram olar
  • Boş çanağı vurur dolu çanağa
  • Boyunduruq bilir öküz nə çəkir
  • Bu arxa bir su gəlib, ümid var bir də gələ
  • Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
  • Qabağa gedirsən bic qardaş, dala qalırsan gic qardaş
  • Qabaqca danışma!
  • Qarğa cəmdək üstə yığılar
  • Qoyunu qurda tapşırıb
  • Qulağının dibini görəndə...
  • Quyuya su tökməklə quyu sulu olmaz
  • Qurunun oduna yaş da yanır
  • Dağ dağa qovuşmaz, insan insana rast gələr
  • Dama dama göl olar, dada dada heç
  • Diş tutmayanı, dodaq tutmaz
  • Dəvə bir fikir eləsə, sarban iki fikir elər
  • Dəvənin quyruğu yerə dəyəndə işim düzələr
  • Dəlidən doğru xəbər
  • Dərdlərə dərman olub, dərmansız qalan canım
  • Dovşanı araba ilə tutur
  • Düzdə gəzdi hərləndi, gəldi dağa dirəndi
  • Elə bil biyara gedir
  • Eşit, inanma
  • Əli aşından da oldu, Vəli aşından da...
  • İki qoçun başı bir qazanda qaynamaz
  • İnək bir, sağan iki
  • İnsan istəsə dağı dağ üstə qoyar
  • İstədi qaşın qayıra, vurdu gözün çıxartdı
  • İstədiyini deyən, istəmədiyini eşidər
  • İstədi çıxa dağ başına, daş düşdü sağ başına
  • İstəyənin bir üzü qara, verməyənin iki üzü
  • İstək gözdə olar, məhəbbət ürəkdə
  • İstərəm dosta varam, əlim boş, üzüm qara
  • İt dəmirçi dükanından nə aparar?
  • İt də getdi, ip də getdi
  • Yağ yağa qarışdı, yarmalar yavan qaldı
  • Yağışdan çıxdıq yağmura düşdük
  • Yazıya pozu yoxdur
  • Yalvarmaqdan sözdən olduq, gözləməkdən gözdən
  • Yel aparan yelinki, yerdə qalan mənimki
  • Yeməkdən ümid yaxşıdır
  • Yıxılan ağaca balta çalan çox olar
  • Yuxarı başda yer yoxdur, aşağı başda da oturmur
  • Keçənə güzəşt deyərlər
  • Kim əkdi, kim becərdi, kim dedi bağ mənimdir
  • Könülsüz işin axırı olmaz
  • Köpəyin qarnı tox gərək
  • Kötük üstündə çox budaqlar doğranıb
  • Gecənin xeyrindən, gündüzün şəri yaxşıdır
  • Göz görmək üçün, könül seçmək üçündür
  • Göz görmür, üz utanmır
  • Gözü boynunun ardını görəndə...
  • Gün batdı - bat, gün çıxdı - çıx!
  • Neylərəm qızıl taxtı, bir qızıl baxtım olsun
  • Nə doğrarsan qabına, o çıxar qaşığına
  • Nə əkərsən, onu biçərsən
  • Niyyətin hara, mənzilin ora
  • Od yanan yerdən işıq gələr
  • Olan olub, keçən keçib
  • Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır
  • Öz-özünü oda yaxır
  • Öz-özünü bəyənən ağam vay
  • Ölmə eşşəyim, yaz gələr yonca bitər
  • Pis günün ömrü az olar
  • Pişiyin ağzı ətə çatmayanda deyər iy verir
  • Samanlıqda iynə axtarır
  • Sınan gəmiyə nə külək
  • Suda boğulan saman çöpündən yapışar
  • Tez duranla tez evlənən uduzmaz
  • Toyun axırında zurna belə səslənər
  • Toydan sonra nağara, xoş gəldin, bayram ağa
  • Toyun əvvəlinə getmə, axırına da qalma
  • Toyunda qəlbirlə su daşıyım
  • Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi
  • Tula itdən də murdar
  • Ucuz ətin şorbası olmaz
  • Ürək götürməyəni əl götürməz
  • Fikirdən iti gedən şey yoxdur
  • Xəstə tələsər, armud vaxtında dəyər
  • Haray üzülən canım, ipə düzülən canım
  • Heç kəsin çırağı axıracan yanmayıb...
  • Hər aydınlığın bir qaranlığı var, hər qaranlığın da bir aydınlığı
  • Hər arzu yerinə yetməz
  • Hər quşatan ovçu Pirim olmaz
  • Hər deyilənə inanmazlar
  • Hərə öz atını minib çapır
  • Hər için öz yeri, hər sözün öz məqamı var
  • Hər parıldayan qızıl olmaz
  • Hər saatın bir hökmü var
  • Çarx dolanır, gün keçir
  • Çıxmayan cana ümid çoxdur
  • Çobanın meyli olsa təkədən pendir tutar
  • Yanan yerdən tüstü çıxar

 

İnsan qüsurlarının tənqidi haqqında

  • Abdalın qarnı doyunca gözü qapıda qalar
  • Abırlı abrından çəkinər, abırsız nədən çəkinər
  • Abırsızdan abrını gözlə
  • Ağa gətirər navala, xanım tökər çuvala
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm
  • Ağzına çullu dovşan sığışmır
  • Ağıl çox - pul yox, ağıl yox - pul çox
  • Ağıllı olan bir dəfə aldanar
  • Ağır otur, batman gəl
  • Adam var ki, adamların naxşıdır, adam var ki, dindirməsən yaxşıdır
  • Adam olmayan yerdə adamdır
  • Adamın başına nə bəla gəlsə, dilindən gələr
  • Adı it dəftərində də yoxdur
  • Atasının gözünü çıxardıb, adını qoyub Koroğlu
  • Az idi arıq-uruq, biri də gəldi dabanı yarıq
  • Aza qane olmayan çoxa çatmaz
  • Ay doğar gədiyindən, utan bir dediyindən
  • Ayı qandı, abid qanmadı
  • Al - ver deyiblər, al vermə deməyiblər
  • Ala itdən məşhurdur
  • Aldığını verməz, bildiyini deməz
  • Alim olmaq asandır, adam olmaq çətin...
  • Artıq tamah baş yarar
  • Arı yeyib, namusu atıb dalına
  • Bağa qınından çıxdı, qının bəyənmədi
  • Bazarın bazar, qadam sənə mərdumazar!
  • Barmağının beşini də bal elə, pis adamın ağzına sal, yenə deyər: acıdır
  • Başını yarıb, ətəyinə qoz tökür
  • Başından böyük danışma
  • Başı daşa dəyməyincə ağlı başına gəlməz
  • Belə otlayan idin, niyə arıq düşdün?
  • Beşdə alacağın yox, üçdə verəcəyin
  • Bədəsil əsil olmaz, boyunca qızıl qala
  • Bədəsili başa çəkərsən, sürüşüb ayağa düşər
  • Bildiyini babasına da verməz...
  • Bir ac qudurar, bir yalavac
  • Bir dadanandan qorx, bir qudurandan
  • Bir versən bir də istər, yatmağa yer də istər
  • Bir qəpiklik qutab kimi özünü ortaya soxma
  • Bir yeyərəmdən qorx, bir də yemərəm deyəndən
  • Bir ziyandan min böhtan doğar
  • Bir gözü alça dərir, bir gözü gavalı
  • Bir napakdan qorun, bir də köpəkdən
  • Bir tikəni bilməyən, min tikəni də bilməz
  • Birə bir deyiblər, birə iki deməyiblər
  • Boşdan bir çıxar, bərkdən iki
  • Boyaqxana küpünü azdırma
  • Bu uşaqlıq deyil, şıltaqlıqdır
  • Buğda göstərir, arpa satır
  • Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
  • Buynuzsuz qoçun qisası, buynuzlu qoçda qalmaz
  • Burda mənəm, Bağdadda kor xəlifə
  • Burnun girməyən yerə başını soxma
  • Bığdan götürüb, saqqala qoyur
  • Varlılığa tələsən, yoxsulluğa tez düşər
  • Vəz oxumaq asan işdir, əməl eləyən gərək
  • Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz
  • Qazan qarası gedər, üz qarası getməz
  • Qazancını it yeyər, yaxasını bit
  • Qaydanı pozan peşman olar
  • Qayınananın gücü qızına çatar
  • Qamış ola, gomuş ola, görməmiş ola...
  • Qanmaza qoşulanı qanmaz çağırarlar
  • Qanı qan ilə yumazlar
  • Qanana da can qurban, qanmayana da, dad yarımçıq əlindən
  • Qapıdan qovursan, bacadan gəlir
  • Qanmaza hörmət edərsən, deyər: - Məndən qorxur
  • Qaraçı bir ələk verib, elə bil evə dirək verib
  • Kifirə sabun, dəliyə öyüd neyləyər
  • Qarğa özün quş bilir, xaşıl özünü aş
  • Qarğanı qırğı bilir
  • Qarnı tox olan qayğısız olar
  • Qarın başa bəladır
  • Qarın qardaşdan irəlidir
  • Qarın səndən aşağıdır
  • Qəlb odur ki, qəlbindəkin deməyə...
  • Qorğaya öyrənən çərəzsiz qalmaz
  • Qonaq bu il burdadır, gələn il də sərasər
  • Qonağa get deməzlər, altından palazı çəkərlər
  • Qonşunun toyuğu qonşunun gözünə qaz görünər
  • Qurddur, qoyun dərisinə girib
  • Qırqovul kimi başını kola soxub, elə bilir görünmür
  • Dağarçığını çuval yanına qoyur
  • Dadanan qudurandan pis olar
  • Dedi - qodu ev yıxar
  • Demək olmur gözün üstə qaşın var
  • Dəymişin qoyub, kalın dərir
  • Dəli qazandı, ağıllı yedi
  • Dəli qırmızı sevər, gic - sarı
  • Dəli dəlini görəndə çomağını yan tutar
  • Dərə xəlvət, tülkü bəy...
  • Dərə yiyəsiz olanda, donuz təpəyə çıxar
  • Dilinin bəlasını çəkir
  • Dilim səni görüm dilim-dilim olasan
  • Dili dost, qəlbi qara
  • Diriyə hay verməz, ölüyə pay
  • Dolunu yeyib, boşa təpik atır
  • Duzu yeyib, duzqabını sındırır
  • Dığ-dığ adamı azara salar
  • Eyibli öz eybini bilsə, başına kilim örtər
  • Elə bilir yuxa arasında halva var
  • Elə yerdə otur, altına su çıxmasın
  • Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir
  • Elə elə ki, nə şiş yansın, nə kəbab
  • Eşşək palçığa bir dəfə batar
  • Əvvəl arxı tullan, sonra bərəkallah de
  • Əvvəldən nə idi hüsnü-camalı, indi oldu dəli Bayramalı
  • Ədəbi kimdən öyrəndin, ədəbsizsən
  • Əzizim əziz, tərbiyəsi ondan əziz
  • Əl qatma harama
  • Əlindən bir iş gəlməyən on danışar
  • Əsli, nəcabəti olmayana qamçı neylər?
  • Əhl ilə daş daşı, naəhl ilə yemə aşı
  • Zər ilə olan, zor ilə olmaz
  • Zorla qoyuna gedən köpəyin qoyuna nə faydası?
  • İki canbaz bir ipdə oynamaz
  • İlqarı olmayanın imanı da olmaz.
  • İnsan zülmə tabedir
  • İnsan olmayan insan qədrin nə bilər!
  • İsti aşa soyuq su qatma
  • İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır
  • İçdin üzüm suyunu, tökdün üzün suyunu
  • İşini möhkəm tut, qonşunu oğru tutma
  • Yanan da mən - yaman da mən.
  • Yiyəsinə baxıb atın nallayırlar
  • Yemə namərd çörəyini, axırda başına vurar
  • Yükünü yığdı təpəyə, elə arxa çevirdi
  • Yıxılanı vurmazlar
  • Yuxarı evə baxıb, aşağı evi yıxma
  • Kasıblıq eyib deyil, oğurluq eyibdir
  • Keçi can hayında, qəssab piy hayında
  • Kiminin əvvəli, kiminin axırı
  • Kişi sözü üzə deyər
  • Kişi tüpürdüyünü yalamaz
  • Kişini tez qocaldar axşamdan yatan arvad
  • Kişinin özünə baxma, sözünə bax
  • Kişiüzlü arvaddan, arvadüzlü kişidən həzər
  • Kor kor, gör gör
  • Kor tutduğun buraxmaz
  • Köpək araba kölgəsində yatar, elə bilər öz kölgəsidir
  • Köhnə kəndə təzə nırx qoyur
  • Quyu var, suyu yox
  • Külək kimi hərdən bir tərəfə əsmə
  • Gah nala döyür, gah mıxa.
  • Gədaya borclu olsan, bir toyda deyər, bir də yasda.
  • Gedər bağlar qorası, qalar üzlər qarası
  • Gedər bu dövran sənə də qalmaz.
  • Gəlin bəzənincə toy əldən gedər
  • Gəlmisən ayran içməyə, gəlməmisən ara açmağa
  • Gəmidə oturub gəmiçi ilə vuruşur
  • Goru var ki, kəfəni də ola
  • Gözlərindən qan damır
  • Gözünü qırpdın sənin deyil
  • Gündüz gəzər obanı, gecə sancar dabanı
  • Günü günə satmazlar
  • Gününü düyünləyib göy əsgiyə
  • Meşə çaqqalsız olmaz
  • Miyançının kisəsi gen olar
  • Milçək bir şey deyil, könül bulandırır
  • Nəğdi qoyub, nisyə dalınca düşmə
  • Nadiri taxtda görüb, Süleymanı qundaqda
  • Nə qanır, nə qandırır
  • Niyyətin hara, mənzilin ora
  • Od düşdüyü yeri yandırar
  • Od ilə oynamaq olmaz
  • Od olub aləmi yandırır...
  • Oddan kül törər, küldən nə törər?
  • Oynamaq bilmir, deyir: yerim dardır
  • Onun üzü - dəvənin dizi
  • Ot kökü üstə bitər
  • Oxun atıb, yayın gizlətmə
  • Öz ağlını özgəyə vermə
  • Özgə evində koxalıq eləməzlər
  • Ölüdən də pay istəyir
  • Ölünün dalınca danışmazlar
  • Örtülü bazar dostluğu pozar
  • Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar
  • Pay verdi, dalınca xəbər göndərdi
  • Paxıl artmaz
  • Paxıl olmasan dərdin olmaz
  • Pişiyi bağlayıb süfrə açır
  • Pul verməz, can verər
  • Sayanın quluyam, saymayanın ağası
  • Saman sənin deyil, samanlıq ki, sənindir
  • Sən ağa, mən ağa, inəkləri kim sağa
  • Sən vurmadın, mən yıxmadım, bəs buna nə oldu?
  • Sənə vur dedilər, öldür ki, demədilər
  • Sənin ipinlə quyuya girmək olmaz
  • Səhər gedər naxıra, axşam gələr axıra
  • Sirkə nə qədər tünd olsa, öz qabını sındırar
  • Siçandan törəyən kəsəyən olar
  • Soğan yeməmisən için niyə göynəyir
  • Su bir yerdə qalanda iylənər
  • Tazıya deyir tut, dovşana deyir qaç
  • Tikan olub ayağa batınca, gül ol yaxaya sancıl
  • Tutub ucundan, gedir ucuzluğuna
  • Tülkünün meydanda nə işi var ki, dərisinə qiymət qoyalar
  • Uman yerdən küsərlər
  • Üstü bəzək - altı təzək
  • Hazırın naziri
  • Hamam suyu ilə özünə dost tutur
  • Haram malın bərəkəti olmaz
  • Heç bilmir harada bişib, deyir bir çömçə də bəri ver
  • Hələ quyruğu qapı arasında qalmayıb
  • Hər işi tutdun, insafı əldən qoyma
  • Hər kəs nə eləsə, özünə elər
  • Hayasızdan hayanı saxla
  • Çanax öz başında sınar
  • Çatana çatır, çatmayana bir daş atır
  • Çörəyini özü öz ayağı ilə tapdaladı
  • Çörək itirən çörək tapmaz
  • Canavardan qorxan meşəyə girməz
  • Canavarın nə qocası, nə cavanı
  • Cəhənnəmə gedən özünə yoldaş axtarar
  • Cücəni payızda sayarlar
  • Şadlığına şitlik eləmə
  • Şaftalı tabağı kimi ortada durma
Oxunub 325919 dəfə Last modified on Şənbə, 06 Oktyabr 2012 14:50