Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 05 İyun 2015 12:41

ELS layihənin yekun təqdimatını keçirdi

05.06.2015İyunun 5-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində “Milli-mənəvi dəyərlərin qorunmasında İKT-nin rolunun gücləndirilməsi”layihəsinin yekun təqdimatının keçirmişdir. Aprelin 9-dan başlayan layihə ELS-in Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, Təhsil Nazirliyi və İctimai Televiziyanın iştirakı ilə mümkün olmuşdur.

Tədbirdə çıxış edən “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova bildirib ki, aprelin 23-də aidiyyatı dövlət qurumları, qeyri-hökümət təşkilatları, kütləvi-informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən layihənin ilkin təqdimatı zamanı "ELS”-ın aprel ayında Bakı şəhərinin ümumtəhsil və ali təhsil müəssisələrinin 740 şagird və tələbələri arasında apardığı sorğunun nəticələri təqdim edilmişdir...

FOTOQALEREYA

Sorğu nəticəsində müəyyən edilmişdir ki, televiziya bu gün hər bir ailədə əsas informasiya mənbəyi və asudə vaxtın keçirilməsi üçün vasitəyə çevrilmişdir. Məhz bu səbəbdən  "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi İKV-nin imkanlarından istifadə edərək milli-mənəvi dəyərlərin təbliği məqsədilə ictimai müzakirələri televiziya efirində aparmaq qərarına gəlmiş və ictimai müzakirələr zamanı İctimai Televiziyanın “Açıq dərs” verilişində yayımlanacaq 6 buraxılışın mövzuları müzakirə predmeti olmuşdur. İ.Yaqubovanın sözlərinə görə, silisilə verilişlərin hər birisi milli-mənəvi dəyərlərin qorunması və gənc nəslə ötürülməsi ilə bağlı müxtəlif mövzulara, o cümlədən  “Milli-mənəvi dəyərlərin qorunmasında vətəndaş cəmiyyətinin iştirakı”, “Mənəvi sərvətimizi necə qoruyaq?”, “Uşaq və yeniyetmələrin formalaşmasında psixoloji aspektlərin araşdırılması”, “Məktəb-valideyn-şagird münasibətləri”, “Kitab dostumuzdur, yoxsa...”, “Uşaqların asudə vaxtının təşkili”nə həsr olunmuşdur. Aprelin 29-da başlayan silsilə verilişlər iyunun 3-də çaşa çatmışdır. İctimaiyyətin marağına səbəb olan və maraqlı diskussiyalarla yadda qalan buraxılışların hər birində mövzuya dair ekspertlər və studiyanın qonaqları iştirak etmışdir.

Yekun təqdimat zamanı “Açıq dərs” verilişinin 6 buraxılışında  səslənən maraqlı fikir və təkliflərdən ibarət slayd-şou nümayiş etdirildi.

Sonra layihənin nəticələri ilə bağlı ictimai müzakirələr başladı. Çıxış edənlər layihənin yetişən nəslin milli ruhda formalaşması və tərbiyələndirilməsində önəmli rol oynadığını və teleefirdə aparılan müzakirələrin bir nəticə verəcəyinə ümid etdiklərini vurğuladılar. 

Layihənin yekun təqdimatında aidiyyətli rəsmi qurumları

n təmsilçiləri, görkəmli mədəniyyət və incəsənət xadimləri, ümumrespublika və regional televiziya kanallarının təmsilçiləri,habelə uşaq yaradıcılıq kollektivləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələriiştirak edirdi. 

Oxunub 1936 dəfə