Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 15 Dekabr 2014 14:39

Bu gün bəstəkar Ağabacı Rzayevanın anım günüdür

Agabaci Rzayeva 102 yashBu gün Azərbaycanın ilk qadın-bəstəkarı, əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın anım günüdür. Üzeyir Hacıbəyovun ilk tələbələrindən olan Ağabacı Rzayeva 1912-ci il dekabrın 15-də Bakıda musiqçi ailəsində anadan olmuşdur. Poeziyanı, şeriyyatı qözəl bildiyi ücün mahnı və romanslarında sözlərə böyuk əhəmiyyət verən bəstəkar Nizami Gəncəvi, M.Füzuli, İmaməddin Nəsimi, M.P.Vagif, X.Natəvan, M.Ə.Sabir, M.F.Axundov, Səməd Vurğun, M.Müşfiq, N.Hikmət kimi söz ustadlarının şerlərinə müraciət etmişdir.

Bəstəkar uşaqlar üçün də onların anladığı dildə biri-birindən gözəl mahnılar, o cümlədən ”Kukla”,”Qaranquş”,”Pioner qalstuku”,”Bakı metrosu”,”Qərənfiləm mən”,”Ağ göyərçinim”,”Balaca kapitan” və digərlərini yazmışdır. Həmin mahnılar bu gün də məktəb proqramlarında öz yerini tutub və uşaqların sevimli mahnılarına çevriliblər.

Qeyd edək ki, 2012-ci il dekabrin 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Ağabacı Rzayevanın 100 illik yubileyi keçirilmişdir. Bu möhtəşəm gecə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan milli musiqisinin inkişafında mühüm xidmətləri olan bəstəkarın yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı ölkə başçısına müraciəti əsasında mümkün olmuşdur.

Yubiley gecəsində bəstəkarın əsərləri, o cümlədən romans və instrumental pyeslər, xalq mahnıları tanınmış sənətçilərin ifasında səslənməklə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq xorunun solistləri Ağabacı Rzayevanın bu gün də sevilən “Kukla”, “Gənc dənizçi”, “Qaranquş”, “Sabahın ustaları” kimi uşaq mahnılarını ifa etmişlər. 

Oxunub 1620 dəfə