Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 21 Oktyabr 2014 09:44

“ELS” ilin layihəsinin yekun təqdimatını keçirdi

21.10.2014Oktyabrın 21-də “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Beynəxalq Mətbuat Mərkəzində 2014-cü il mayın 1-dən AR Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını Bakıda keçirmişdir.

 

 

 

FOTOQALEREYA

“ELS” təşəbbüsü və maliyyə dəstəyi ilə ilk dəfə olaraq  “Bənövşə” Uşaq Xorunun ifasında səsləndirilən Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbir “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın çıxışı ilə davam etdi. Onun sözlərinə görə, 2011-ci ilin fevral ayında ELS-in “bəstəkar və şairlər, xüsusən də gənc bəstəkarlar arasında uşaq mahnılarının bəstələnməsinə marağın artması məqsədilə uşaq mahnısı müsabiqələri təşkil edilməli, qalib mahnılar isə disklərdə buraxılmalıdır” təklifindən irəli gələn təşəbbüs 2 ildən sonra real işlə nəticələndi. ELS 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində “Yeni uşaq mahnıları-2013”  Ümumrespublika Müsabiqəsi elan etdi.

İ.Yaqubova dedi ki, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsi Azərbaycanın tarixində ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi tərəfindən keçirilmişdir. “Bundan dərhal sonra layihənin davamı kimi biz «Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək» layihəsi çərçivəsində «Yeni uşaq mahnıları-2013» Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərcini reallaşdırmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik və layihəmiz 217 qalib QHT-lər arasında yer aldı. Bu gün uşaq yaradıcılıq mərkəzləri və Bakı şəhəri orta təhsil məktəblərinə payladığımız not albomuna müsabiqədə ilk 15 yeri tutan mahnıların notlarını daxil etmişik” - deyə  o, tədbir iştirakçılarına müraciət etdi. İ.Yaqubova uşaqlarımızın zövqunü oxşayacaq yeni mahnıların ərsiyə gəldiyini və gələcəkdə də bu istiqamətdə Mərkəzin fəaliyyətinin davam edəcəyini vurğuladı.

Tədbirdə Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Azərbaycan Dövlət Konservatoriyasının elmi işlər üzrə prorektoru Gülnaz Abdullazadə, Bakı Musiqi Kollecinin rektoru Nazim Kazımov, əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudbəyov və digər tanınmış incəsənət xadimləri təbrik və tövsiyyələri ilə çıxış etdilər. 

Uşaq yaradıcılıq mərkəzlərinin rəhbərləri və Bakı şəhəri orta təhsil məktəblərinin təmsilçılərinin iştirakı ilə keçirilən təqdimatda aidiyyətli rəsmi qurumların təmsilçiləri, görkəmli mədəniyyət, elm və incəsənət xadimləri, yerli QHT-lər, beynəlxalq təşkilatlar və KİV nümayəndələri də iştirak etmişdir.    

Oxunub 1589 dəfə