Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 12 Sentyabr 2014 08:46

Nazirlik: Bütün şagirdlər pulsuz planşetlə təmin olunacaq

ipad-schoolTəhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini Əsgər Quliyev APA-ya açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq dərslik komplektlərinin, o cümlədən elektron dərsliklərin, dərs vəsaitlərinin və resursların hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, yaxın gələcəkdə elektron dərsliklərə keçid məsələsi qarşıda dayanır. Bununla bağlı ilk addımların atıldığını deyən Ə.Quliyev qeyd edib ki, nazirlik yeni hazırlanan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formaları nəşriyyatlardan alınıb: “Bu da gələcəkdə dərsliklərin elektron formasının hazırlanmasında bizim üçün əlavə resurs olacaq. Qarşıdakı illərdə bütün ümumi məktəb şagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək”.

 Nazirlik rəsmisinin sözlərinə görə, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur: “Lakin son illərdə bir çox ölkələrdə həyəcan siqnalı çalınır ki, elektron dərslilərdənsə ənənəvi dərsliklər yaxşıdır. Bu gün dünyada qloballaşma prosesi gedir. Belə bir zamanda müəyyən qrup insanlar elektron dərslikləri istəyir, digər qrup isə elektron dərslikləri dəstəkləyir”.

Oxunub 1366 dəfə