Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə, 02 Aprel 2014 14:24

Heydər Əliyev Mərkəzinə 30 minədək məktəbli ekskursiya edib

ekskursia 251213 09Heydər Əliyev Mərkəzinin orta ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqlar arasında başladığı ekskursiya layihəsi davam edir. Mərkəzdən APA-ya verilən məlumata görə, artıq layihə çərçivəsində 30 minədək uşaq və yeniyetmə qrup şəklində Heydər Əliyev Mərkəzi ilə tanış olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq nəticəsində reallaşdırılan layihə yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsinə, ölkəmiz və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə bilik və məlumatlarının artırılmasına xidmət edir.

 

Məktəblilər 5 saatlıq ekskursiya müddətində Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, irsi barədə məlumat alır, Mərkəzdə nümayiş etdirilən sərgilərlə tanış olurlar. İndiyə qədər "Azərbaycan inciləri: tarixin axarında", "Mini Azərbaycan", Endi Vorholun “Həyat, ölüm və gözəllik”,  “Kosmosa səyahət” kimi sərgiləri maraqla izləyən şagirdləri martın 17-dən Heydər Əliyev Mərkəzində daha bir maraqlı layihə gözləyir. Məktəblilər bu sərgidə tarixlə canlı tanışlıq imkanı əldə edə biləcək.

“Silahların əfsanəsi”ndə orta əsrlərdə müharibə və döyüşlərdə istifadə olunmuş  silahlar  və zirehli geyimlər nümayiş olunur. Məktəblilər Avropanın 130 tarixi eksponatını izləyərkən həm müxtəlif hadisələrin canlı şahidlərinə çevriləcək, həm də cəngavərlik arzularını reallaşdıra biləcəklər. Belə ki, sərgidəki interaktiv zonada zirehli geyimləri geyinərək ani də olsa, tarixin bir hissəsinə çevrilmək imkanı əldə etmək olar.

Oxunub 1567 dəfə