Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« May 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
    1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 13 Sentyabr 2013 14:57

Azərbaycan prezidenti Sabunçuda iki məktəbin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub

2f5276457b84be9a373642949bb62cadAzərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Sabunçu rayonundakı 252 və 80 nömrəli orta məktəblərin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov əvvəlcə 252 nömrəli məktəbdə aparılan yenidənqurma işləri və yaradılan şərait barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, Dövlət Proqramına uyğun 40 sinif otağından ibarət 800 şagird yerlik əlavə korpus inşa olunub. 1900 şagird yerlik məktəbdə hazırda 1176 şagird təhsil alır. Məktəbin bütün sinif otaqlarında, ayrı-ayrı fənn kabinetlərində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

Prezident sonra 80 nömrəli orta məktəbə gəlib. Burada da görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Bildirilib ki, 860 yerlik məktəbdə 1110 şagird təhsil alır. Gələn il üçün 30 sinif otağından ibarət 600 şagird yerlik yeni korpusun inşa olunacağı gözlənilir. 80 nömrəli məktəbdə də bütün sinif otaqları, fənn kabinetləri, iclas və idman zalları əsaslı şəkildə yenidən qurulub və lazımi avadanlıqla təchiz edilib.

Yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısı görüləcək işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Oxunub 1642 dəfə