Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 16 Aprel 2013 12:21

Qax rayonunda zəlzələdən sonra yeni inşa edilən orta məktəbin açılışı olub

Mekteb acilishQax rayonunun Ləkid kəndində ötən ilin may ayında baş verən zəlzələdən sonra qəzalı vəziyyətə düşən orta məktəbin açılışı olub. APA-nın xəbərinə görə, açılış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov da iştirak edib.

Məktəb binası zəlzələdən sonra qəzalı vəziyyətə düşdüyü üçün sökülərək yenidən tikilib. 420 şagird yerlik orta məktəb binasının açılışında çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev deyib ki, zəlzələ baş verəndən bəri Qax camaatı daim dövlət qayğısını öz üzərində hiss edib. Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal tikinti işlərinə başlanıb və rayonda qısa zamanda xeyli sayda yaşayış evi və orta məktəb binaları tikilərək təhvil verilib.

Qeyd olunub ki, ötən ilin may ayında baş verən zəlzələ nəticəsində Qax rayonunda olan 56 məktəbdən 11-i qəzalı vəziyyətə düşüb. Onlardan 10-u artıq tikilib təhvil verilib. Qalan 1 məktəbdə aparılan tikinti yekunlaşmaq üzrədir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ötən il may ayında baş verən zəlzələdən sonra prezident İlham Əliyevin şimal-qərb bölgəsinə səfər etdiyini, zəlzələnin fəsadların dərhal aradan qaldırılması üçün zəruri tapşırıq və göstərişlər verdiyini xatırladıb. Zəlzələnin təbiət hadisəsi olduğunu qeyd edən nazir fəlakətin törətdiyi fəsadların aradan qaldırılmasında dövlət qurumları ilə birgə yerli camaatın da böyük əzmkarlıq nümayiş etdirdiyini deyib.

Nazir çıxışında orta məktəbdə təhsil alacaq şagirdlərə uğurlar arzulayıb.

Qeyd edək ki, bu il aprelin 1-nə olan statistikaya görə, Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.

Bu günə qədər 26 məktəb binası, 1 uşaq bağçası istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 8, Qaxda 1, Şəki şəhərində 1 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bu il aprelin 1-nə qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq  17 milyon 734 min manаt yardım ödənilib.

Oxunub 1929 dəfə