Çərşənbə axşamı, 23 Oktyabr 2012 08:49
Sərçə, harda yedin, doydun?
SAMUİL MARŞAK
Sərçə, harda yedin, doydun?
(Tərcüməçi İsa İsmayılzadə)
- Sərçə, yeyib doydun harda?
- Zooparkda, zooparkda!
Əvvəl qəfəsə girdim,
Şirin yanında yedim.
Tülkü ilə görüşdüm,
Morjdan su alıb içdim.
Fil yerkökü verdi mənə,
Duma dan dərdi mənə.
Kərgədana oldum qonaq,
Kəpək yedim ağappaq.
Uzunquyruq kenquru da
Qonaqladı məni orda.
Əyripəncə ayının
Yedim bayram payını.
Timsah açdı cəngini,
Az qala, udsun məni.
Materialın kateqoriyası
Samuil Marşak