Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 23 Oktyabr 2012 05:13

Huşsuza bax, Huşsuza

SAMUİL MARŞAK

Huşsuza bax, Huşsuza

(Tərcüməçi İsa İsmayılzadə)

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Əyləşib, səhər-səhər

Köynək geydi birtəhər.

"Qoluna bax, nə gendi,

Vay... şalvarmış!" - deyindi.

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Palto geyinərdi о –

Özgənindi о palto.

Coraba əl atardı

Corabın yiyəsi vardı.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

 

Papağın əvəzinə

Tava geyindi yenə.

Çəkmə yerinə - əlcək,

Dedilər: - huşsuz, əl çək!

Əyləşib tramvaya

Yol gedirdi vağzala.

Qapını açdı - vay-vay,

Yıxılmışdı, az qala.

 

Bələdçiyə üz tutdu,

Biletçiyə üz tutdu: -

Ay izzətli, hörmətli

Vaqonlar bələdçisi,

Vaqonlar biletçisi!

Hər nə olursa-olsun -

İndi düşməliyəm mən.

Olmazmı tramvayı

Vağzalda əylədəsən?

 

Bələdçi hay-haraya

Əylədi tramvayı.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

Bilet almaq eşqinə

Getdi bufetə yenə.

Sonra pul saya-saya

Kvas almaqdan ötrü

Tez yüyürdü kassaya.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı.

 

Sonra qaçdı perrona,

Mindi açılmış vaqona.

Çamadanı,

Bağlamanı

Tez yerbəyer elədi,

Özünə "afərin" - dedi.

Pəncərənin qabağında

Getdi yuxuya bir anda.

 

Alatoran gəldi dilə:

-     Bura haradı belə?

-     Leninqraddı, - dedilər,

-     Leninqrad! - söylədilər.

 

Bir az yatdı, oyandı,

Pəncərədən boylandı,

Baxdı böyük vağzala,

Keçdi sorğu-suala:

-     Bəs buranın nədi adı,

-     Boloqoyedi, Popovkadı?

-     Leninqrad! - dedilər,

-     Leninqrad! - söylədilər.

 

Yatdı, yenə oyandı,

Pəncərədən boylandı.

Baxdı böyük vağzala,

Yenə keçdi suala:

-     Stansiyanın nədi adı?

-     Dibunadı, Yamskayadı?

-     Platformadan cavab gəldi,

-     Leninqrad! - kimsə dedi..,

 

Dedi: - Bu nə zarafatdı?

Yol getdim, iki gün yatdım,

Heç çatmadım Leninqrada –

Getmədim, geri qayıtdım.

 

Harda yoxdu, harda vardı,

Basseyn küçəsində

Bir huşsuz yaşayardı...

Oxunub 7769 dəfə