AYBOLİT
Korney Chukovski
AYBOLİT
(Tərcümə edəni Teymur Elçindir)
1 Əziz doktor Aybolit Oturub baxır yola Ağac altında sakit. Yanına tez-tez gələr Sağalmağa xəstələr. Canavar da, inək də, Soxulcan da, böcək də, Ana ayı da. Sağaldar gəlsə hər kim. Bizim Aybolit - həkim. 2 Tülkü gəldi Aybolitin yanına, Dərdini açdı ona, Axıtdı, göz yaşları: Uf, məni sancıb аrı. Barbos gəldi Aybolitin yanına, Burnunu tutdu ona. Dərdini açıb dedi: - Oy, toyuq dimdiklədi. Qaçıb gəldi ana dovşan Haray saldı: balam, vay. Bu gün basıb-tramvay Dovşan balamı, Oğlan balamı. Basıb tramvay. Qaçanda evə sarı Kəsilib ayaqları. Doktor, halı yamandır, Qoyma ölsün, amandır. Körpəm, balacam mənim, Dedi doktor: -Ziyan yoxdur. Tez ol xəstəni gətir, Onu mənə tez yetir. Tikim təzə ayaqlar. Balan yenə oynaqlar. Gətirdilər doktora Xəstə, bala dovşanı, Az qala, çıxır canı. Doktor işini bildi, Tez ayaqlar tikildi. Yenə hoppanır bala. Anası onunla bir Oynamağa tələsir. Gah gülür ana dovşan, Gah çığırır ucadan: - Sağ ol, Aybolit Var, ol Aybolit. 3 Hardansa at belində Çaqqal göründü birdən: - Vardır sizə teleqram Göndərib Hippopotam. "Gəlin, doktor Aybolit, Afrikaya siz. Ölər bizim кörpələr Tez gəlməsəniz". - Necə? Necə? Körpələr Xəstələniblər? - Bəli. Tutublar angina, Skarlatina, xolerina, Difterit, appendisit, Qızdırma və bronxit. Tez yetirin özünüzü, Əziz doktor Aybolit. - Qaça-qaça gələrəm, Sizə kömək elərəm. Amma deyin yerinizi. Harda axtarım sizi Dağda, yoxsa gölmədə? -Yaşayırıq Zənzibarda, Böyük Səhra, Kalaxarda, Fernando-Po dağında. Orda gəzir Hippo-po, Axır geniş Limpopo. 4 Qalxdı Aybolit. Qaçır Aybolit, Düzlər, meşələr keçir Aybolit. Təkcə bir sözü tez-tez deyir о: -Limpopo, Limpopo, Limpopo Külək, qar, dolu çırpır üzünə: Qayıt, Aybolit, qıyma özünə! Qarın üstünə dəyir Aybolit: Gedə bilmirəm, - deyir Aybolit. Bu vaxt tərpəndi küknar, Çıxdı iki canavar: - Otur, Aybolit. Otur, çaparaq Səni aparaq - Mindi Aybolit, çapdı qabağa. Təkcə bir sözü tez-tez deyir о: -Limpopo, Limpopo, Limpopo. 5 Birdən dəniz kəsdi yolu; Şırıltılı, gurultulu. Dənizdəki dalğaya bax, Elə bil ki, lap indicə Ayboliti udacaq. - Bəs mən batsam, Dibə yatsam, Necə olar xəstələrim, Mənim heyvan dəstələrim. Elə bu vaxt üzə-üzə Bir balina çıxdı üzə: - Dalıma min, Aybolit, Min aparım od kimi, Böyük paroxod kimi, Aparım səni -Doktor Aybolit gedir Balinanın belində, Bircə söz var dilində: - Limpopo, Limpopo, Limpopo. 6 Yolunu dağlar kəsir, О darıxır, tələsir. Dağlar uca, qorxulu, Buluda girir yolu. - Gedib çatmasam, Qalsam darda mən, Bu yollarda mən. Necə olar xəstələrim, Mənim heyvan dəstələrim! Qayalıqdan qalxdı dərhal Yerə qondu neçə qartal. - Min, Aybolit, belimizə Tez aparaq, əmr et bizə. Uçur Aybolit, Qartal belində. Bir söz dilində: - Limpopo, Limpopo, Limpopo. 7 Afrikada, Afrikada Vardır qara Limpopo. Afrikada ağlayır hey Yazıq-yazıq Hippopo. Oturub Afrikada Palma altında. Oturub sakit Baxır dənizə, Görsün gəlirmi Doktor Aybolit? Axtanrlar onu yolda, Axtarırlar sağda, solda Fillərlə kərgədanlar. Acıqlıdır heyvanlar: -Niyə yoxdur Aybolit? Hanı doktor Aybolit? Onların yanındaca Balaca begemotlar Qıvrılırlar sancıdan: Qarınlarıdır belə Körpələri incidən. Yazıq-yazıq inildəyir, Çoşqa kimi zingildəyir Burda balaca quşlar Xırda dəvəquşular. Tutub çiçək, difterit, Qızılca və bronxit. Вәrk ağrıyır başları, Kəsilmir göz yaşları, Onlardan heç kəs Özünü bilmir. -Bəs niyə gəlmir, Bəs niyə gəlmir Doktor Aybolit?! Yanlarında uzanıb İtidiş bir akula, İridiş bir akula -Köpək balığı. Bərk-bərk yumub gözünü Günə verir özünü. Onun кörpəcələri Yazıq köpəkcələri Düz on iki gündür ki, Yatmır diş ağrısından, Ay aman! Yazıq çəyirtkənin də Çiyni çıxıb yerindən. Tullana bilmir, Sallana bilmir, Hönkür-hönkür ağlayır, Doktoru haraylayır: - Harda qaldı bizim doktor. Niyə ondan xəbər yoxdur? 8 Odur, baxın, uçub gəlir qəribə bir quş. Yaxınlaşır, görünür ki, çoxdan uçurmuş. Yaxşı baxın, Aybolitdir quşun belində. О qışqırır, papağını tutub əlində: - Yaşasın mehriban Afrika! Вахın оrа Наrау salan uşaqlara: - Gəldi, gəldi. Ura, ura! Quş havada vurur dövrə, Yavaş-yavaş qonur yerə. Doktor Aybolit qaçır Bala begemotların lap yanlarına. Döyəcləyir əlini qarınlarına. Onlara bir-bir Şokolad verir. Onların bir-bir Qızdırmasını Ölçüb, öyrənir. Tez-tez qaçır yanına Üstü-başı zolaqlı Körpəcə pələnglərin, Sonra da qozbel, yazıq, Azarlı köşəklərin. Hər birinə qoqul verir. Moqul verir, Qoqul-moqul, Qoqul-moqul yedizdirir. Aybolit on gecədir Nə yatır, nə dincəlir. On gecədir yemir, içmir, Boğazından su da keçmir. Balaca heyvanları Sağaldır bircə-bircə. Qoltuğuna onların Tez-tez qoyur dərəcə. 9 Sağaldılar xəstələr, Limpopo. Meşədəki dəstələr, Limpopo. Getdilər güləşməyə, Limpopo. Hey atılıb düşməyə, Limpopo. Gülür, gülür Karakula Köpək balığı. Elə bil ki, əl vurublar, Tutub qıdığı. Bapbalaca begemotlar Nə yaman gülür. Bu gülüşdən ağac əsir, Yarpaq tökülür. Bu da Hippo, bu da Popo, Hippo-popo, Hippo-popo. Baxın, gəlir Hippopotam. Bildinizmi gəlir hardan Gəlir birbaş Zənzibardan, Gedir Gilimancaroya, manca-ro-ya. Gah böyüyür, gah yüyürür, Gah oxuyur gedə-gedə: - Alqış, alqış Aybolitə! Alqış belə doktorlara. U-ra, u-ra!
1