Çərşənbə, 28 Dekabr 2011 11:02
Məmməd Rahim
MƏMMƏD RAHİM
QIŞ
Qar bürüyüb dağları,
Bağçaları, bağları.
Donub çaylar, bulaqlar.
Buz bağlayıb budaqlar.
Qış belə dovran sürür.
Əllərilə öldürür
Zərərli böcəkləri.
Qışa pis deyənmi var?
Taxılı örtməsə qar
Bir qalın yorğan kimi,
Sünbüllər ümman kimi
Zəmidə dalğalanmaz.
Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.
Qar düşməsə çöllərə,
Qovuşmarıq güllərə.
Sevimli bahar olmaz,
Bağçalarda bar olmaz.
Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.
Materialın kateqoriyası
Çağdaş poeziya