Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« October 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
  1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31      

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 19 Noyabr 2011 22:47

Abdulla Şaiq

ABDULLA ŞAİQ
(Abdulla Şaiq Mustafa oğlu Talıbzadə)

(1881-1959)

abdulla-shaiqAzərbaycanın klassik şairi, yazıçısı, publisist Talıbzadə Abdulla Şaiq 1881-ci ildə Tiflisdə ruhani ailəsində dünyaya gəlib. İlk təhsilini şəhər müsəlman məktəbində alan Abdulla 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Xorasana gəlir və dövrünün mütərəqqi ziyalısı Yusif Ziyanın məktəbində təhsilini davam etdirir. On doqquz yaşlı Abdulla yeddi ildə Xorasanda mükəmməl təhsil alır, tarix, məntiq, psixologiya elmlərini, Şərq, Azərbaycan, rus ədəbiyyatını öyrənir. 1900-cü ildə o, Tiflisə qayıdır. Bir müddət Tiflisdə qaldıqdan sonra A.Talıbzadə 1901-ci ildə Bakıya gəlir. Bakıda bir rus ziyalısının böyük kitabxanasını alır. Bir az sonra inqilabi hadisələr, Sabunçu kimi fəhlə mahalında çalışması, əməkçilərin ağır həyatını öyrənməsi və başqa olaylar onun dünyagörüşünü genişləndirir.

Ötən əsrin əvvələrindən Abdulla Şaiq ədəbi-pedaqoji mühitdə adlı-sanlı yazıçı, şair və pedaqoq kimi tanınır. Xalqın, vətənin gələcəyi naminə var-gücü ilə çalışır. Həm sənət aləmində, həm də maarif yönümündə ən qabaqcıl şəxsiyyət kimi ziyalılarla ön cərgədə gedir. O, həm də qadınlar üçün jurnal çıxarmaq, uşaq bağçası açmaq, kitabxana yaratmaq, kasıb uşaqları pulsuz oxutmaq kimi xeyirxah təşəbbüslər irəli sürür.

Abdulla Şaiq yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olur. O, 1906-cı ildən başlayaraq silsilə şeirləri ilə milli uşaq poeziyamızın incilərini yaradır. Şaiqin bir sıra şeirləri "Dəbistan" və "Məktəb" uşaq-gənclər toplularında işıq üzü görür. Bu illərdə o, "Nicat" cəmiyyətinin idarə heyətinə üzv seçilir, ədəbi-bədii problemlərlə, maarif və məktəb işləri ilə məşğul olur.

Xalq ədəbiyyatının gözəl bilicisi olan, onu hələ uşaq ikən Sarvanda əmiləri Əlidən və Məmməddən öyrənən, sonralar toplayıb araşdıran Abdulla Şaiq bu örnəklər əsasında "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağıllar da yazır. Onun "Ədhəm, "Tapdıq dədə", "Qoçpolad" kimi poemalarında da milli folklorun təsiri görünür. Bütövlükdə Şaiqin poeziyasında romantik vüsətlə real həyat, xəyalla varlıq, keçmişlə gələcək, tarixlə müasirlik qovuşur. Onun poeziyası qəhrəmanlıq, xəlqilik, vətənpərvərlik və gözəllik poeziyasıdır, uşaq şeirləri elə o zamandan dərslik, proqram və oxu kitablarının bəzəyidir. Şaiq həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyur.

Abdulla Şaiq müstəqil Azərbaycan ideyasında M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Y.Nəsibbəyli kimi öndər ziyalılarla həmfikir olur. O, 1918-ci il mayın 28-də yaranan ADR-i sevinclə qarşılayır. M.Ə.Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında Abdulla Şaiqin də adını çəkir.

Ədib ADR dövründə maarif və məktəb yönümündəki işini daha da canlandırır, bir neçə məktəbi milliləşdirir, rus məktəblərində Azərbaycan türkü sinifləri yaradır. Dövlətin yaratdığı proqram və dərsliklər hazırlayan komissiyasının üzvü kimi çalışır.

Azərbaycan Gənc Tamaşaçılar Teatrının, Uşaq və Gənclər nəşriyyatının işi birbaşa Şaiqin adı ilə bağlıdır. Uzun müddət bu teatrda çalışan ədib "Xasay", "Eloğlu", "Vətən", "Fitnə", "Qaraca qız" kimi çeşidli pyeslər yazır. "Fitnə" və "Nüşabə" əsərləri Nizami süjetləri əsasında yaranan maraqlı sənət örnəkləridir.

Ədib bu illərdə də uşaqlar üçün gözəl əsərlər yazır, başqa sənət dostlarını da bu işə cəlb edir. Onun "May nəğməsi", "Top oyunu", "Bənövşə", "Qərənfil", "Bülbül" kimi uşaq şeirləri, nağıl və poemaları bu gün də öz dəyərini saxlayır. M.Seyidzadə, M.Dilbazi, M.Rzaquluzadə, Z.Cabbarzadə və başqa müəlliflər uşaqlar üçün əsər yazmağı ondan öyrənirlər.

Ədəbiyyat sahəsindəki fəaliyyətinə görə Abdulla Şaiqə "Əməkdar incəsənət xadimi" adı verilmişdir. Abdulla Şaiq 1959-cu ildə Bakıda vəfat etmişdir.

 

ANA YURDUM

Çöllərindir şən,

Hər yerin gülşən.

Sən nə gözəlsən,

Ay ana Vətən.

Bağdır, əkindir,

Hər bir bucağın. .

Qızıl təkindir,

Sarı torpağın.

Böyütdün bizi,

Verdin qol-qanad.

Yoxdur qəm izi,

Şəndir bu həyat.

Qəlbim, canımsan,

Ey ana yurdum.

İsti qoynunda,

Şən yuva qurdum.

Çöllərindir şən,

Hər yerin gülşən.

Sən nə gözəlsən,

Ay ana Vətən!..

 

LAYLA

Layla deyim, yat ciyərim parası,

Ağlama çox, ey gözümün qarası!

Olma yemək-içməyin avarası,

Layla quzum, layla gözüm, yatgilən.

Rahat olub bir azca boy atgilən.

Böyü bir az, yeddi yaşa yetgilən,

Səhər tezdən dur, məktəbə getgilən;

Dərs oxuyub yazmağa sə‘y etgilən;

Layla quzum, layla gözüm, yatgilən,

Rahat olub bir azca boy atgilən.

Təmiz geyib dolangilən gül kimi,

Hər gün oxu dərsini bülbül kimi;

Gəzmə küçələrdə gedib veyl kimi;

Layla quzum, layla gözüm, yatgilən.

Rahat olub bir azca boy atgilən.

Sən də çalış elm ilə şöhrət qazan,

Qalma cəhalətdə, olarsan yaman;

Elmlə abad olubdur cahan;

Layla quzum, layla gözüm, yatgilən.

Rahat olub bir azca boy atgilən.

 

BƏNÖVŞƏ

Bənövşəyəm, bənövşə,

Düşmüşəm dilə-dişə;

Qızlar, oğlanlar məni

Dərib taxarlar döşə.

Bahar oldu açaram,

Qar, borandan qaçaram;

Başqa güllər açanda,

Mən quş olub uçaram.

Qurudar məni ayaz,

Yaşayıram bircə yaz.

Rəngim, ətrim gözəldir,

Əl vurmayın, ömrüm az.

 

 

 

 

 

 

 

 

 

KÜR ÇAYI

Ey Kür çayı, daşırsan,

Sahilləri aşırsan.

Tarlalarda, bağlarda,

Bizimlə oynaşırsan.

Ey Kür çayı, dalğan ağ,

Suyun güjnüşdən parlaq.

Yol sal bizira bağçaya,

Sən çal, biz də oynayaq.

Ey Kür çayı, gəl ban,

Bizim dəhnəyə san.

Aç qoynunu, yuyunsun,

Elin oğul, qızlan.

KEÇİ

Ala-bula boz keçi,

Ay qoşa buynuz keçi!

Yalqız gəzmə, dolanma

Dağa-daşa dırmanma

Bir qurd çıxsa qarşına

Sən nə edərsən ona?

Çoban açınca gözün

Qalar iki buynuzun.

 

 

 

 

TƏMİZLİK

Səhər durunca,

Əlimdə firça,

Sildim dişimi,

Bildim işimi.

İnanmırsan bax,

Dişim ağappaq.

Üstüm tərtəmiz,

Bax, beləyik biz.

 

 

 

 

UŞAQ VƏ DOVŞAN

U ş a q

-Dovşan, dovşan, a dovşan!

Qaçma dayan, a dovşan!

Qaçma səni sevəndən,

Can kimi istəyəndən.

D o v ş a n

-Dura bilmərəm, dadaş,

Yanında var alabaş.

Xəbərdaram işindən,

Qurtarmaram dişindən.

 

BİR QUŞ

Bir quş səhər ertə bağçabağda,

Çör-çöp daşıyıb yuva tikirdi.

Gah şad oxuyurdu bir budaqda,

Gah da uçub ot, saman çəkirdi.

İstər quşum olsun aşiyanı,

Çör-çöp daşıyır havada hər dəm.

İşdən yorulub duran zamanı

“Cik-cik” oxuyurdu şad, xürrəm.

 

 

 

XORUZ

Ay pipiyi qan xoruz,

Gözləri mərcan xoruz!

 

Sən nə tezdən durursan,

Qışqırıb banlayırsan,

 

Qoymayırsan yatmağa

Ay canım məstan xoruz!


 

 

QUZU

Bir obada körpə quzu,

Mələr-mələr, qaçar düzü,

Anasın axtarar gözü.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Gün əyildi, çökdü duman,

Sürü qayıtdı otlaqdan;

Səs-küy ilə doldu hər yan.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Qoyunları çoban yığar,

Fatı xala gəlib sağar;

Quzum mələr, durub baxar.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Anasını quzum görər,

Ayaqların yerə dirər,

Məməsini tapıb əmər.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

Quzum çıxdı göy otlağa

Yanaşdı bir boz oğlağa,

Çıxdı onunla oynağa.

Dedim: – Qaçma, gözəl quzum,

Səni mən bəslərəm özüm.

 

ASLAN, QURD VƏ TÜLKÜ

Bir zaman tülkü, qurd, həm aslan –

Hər üçü bağladı belə peyman:

Ki bu gündən ələ nə düşsə şikar

Üç yerə qismət eyləsin onlar.

Hamı “əhsən” dedi bu dadlı sözə.

Ov üçün çıxdılar bir otlu düzə.

Dərə ağzında tapdı üç ortaq:

Bir qoyun, bir keçi, quzu, oğlaq.

Dedi aslan: – Gəlin ovu bölüşək,

Bu qoyun ki, mənə çatar bişək.

Quzu olsun gərək mənim payım,

Çünki sizlərdə yox mənim tayım,

Bu keçi də gərək mənə yetişə,

Olmasın bir kəsin sözü bu işə.

Oğlağa kim uzatsa əl, bunu bil,

Eylərəm mən onun əlini şil.

 

QIŞIN NƏĞMƏSİ

Saqqalı ağ, saçı ağ,

Əlində zorba çomaq

Gəldi qocalmış baba

Şaxta baba, qış baba.

Gurladı boğuq səsi

Uğuldadı nəğməsi:

“Ay uşaqlar, mən qışam,

Burda mənzil salmışam.

Mən gələndə qar yağar,

Onu sevər uşaqlar.

Qardan adam yaparaq,

Oynarlar qar-topalaq.

Soyuq qış axşamında

İsti ocaq başında

Nağıl deyir nənələr,

Qulaq asır nəvələr”.

Çöldə ayaz, boran, qar,

Qışın da bir dövrü var...

 

QƏRƏNFİL

Qərənfiləm mən,

Gözəl güləm mən;

Yaşıl saplaqlı

Bir sünbüləm mən.

Mən, bağban qızı

Bağın ulduzu;

Rəngim ağ, sarı,

Al və qırmızı.

Gəl, saxla ayaq,

Durma, gendən bax!

Gəlsəm xoşuna,

Dər, döşünə tax!

 

YETİM CÜCƏ

Ay kiçicik, soluq cücəm,

Boynu buruq, yoluq cücəm!

Açma o nazlı dimdiyin,

Tək gəzinib sıxılma çox,

Ağlayıb nalə qılma çox.

Qəm yemə, sus, bir az dayan,

Mən olaram sənin anan.

Səni o səslə səslərəm.

Dən, su verib də bəslərəm.

Ağlama, ağlama, gözəl,

Qaç yanıma, dayanma, gəl!

 

YENİ KÖMƏKÇİ

Tarlaya gəldi Nəbi,

Gördü səhərdən bəri
Atası tək işləyir,
Tarlasını xışlayır.
Nəbi dedi: - Ay ata,
Gəl məni öyrət, daha
Sən otur, mən işləyim,
Tarlamızı xışlayım.
-Çox gözəl, oğlum, görək!
Gəl öyrəş, eylə kömək.
Verdi xışı, oturdu;
Nəbi ürəklə durdu.
Xış sürməyə başladı,
Atası alqışladı.

ARI

Arıyam, zəhmətkeşəm,

Bal, mum çəkməkdir peşəm.

Səhər güllər açınca,

Gözəl qoxu saçınca

Uçaram göy yamaca,

Çiçək açmış ağaca,

Ya çəmənə, meşəyə,

Qonaram hər çiçəyə;

Şirəsini çəkərəm,

Pətəyimə tökərəm

Çalışaram doqquz ay,

Hamı məndən alır pay.

Balımdan qoy yesinlər,

Mənə: “Sağ ol!” desinlər.

 

BÜLBÜL

Oxu, bülbülüm, oxu,

Yazdır, səhər çağıdır;

Oxu, sənin xoş səsin

Şənliklər qaynağıdır.

Oxu, oxu, xoş nəğmən

Nəşə versin ellərə.

Şən səsin, xoş nəfəsin

Yayılsın bu çöllərə.

Oxu çöldə, çəməndə,

El əkəndə, biçəndə;

Başla yeni bir dastan

Biz bənövşə dərəndə.

Bülbülüm, tik yuvanı,

Bəslə, böyüt balanı.

Qoy nəsliniz çoxalsın,

Biz böyüyən zamanı.

 

KƏPƏNƏK

Mənəm qanadlı çiçək,

Adım isə kəpənək.

Al-əlvan xallarım var,

Qızıl kimi parıldar.

Qanadımı açaram,

Budaq-budaq uçaram.

Yuvam, otağım ancaq

Olur yaşıl bir yarpaq.

Mənim dostumdur hər gül,

İncə telli göy sünbül.

Oynağımdır çöl, çəmən,

Məni tutmaq istəyən,

Ey mehriban uşaqlar,

Siz yaşayın bəxtiyar!

Mənim də bu dünyada

Bir başqa aləmiz var...

 

OYAN, OĞLUM!

Ağıllı oğlum, oyan!

Qiymətlidir hər zaman

Tez ol, dur, get məktəbə,

Sarıl elmə, ədəbə.

Səhər ziyandır yuxu,

Məktəbə get, dərs oxu.

Al şəfəqli günəş var,

Pəncərədən parıldar.

Qalx ki, hamı oyanmış,

Dünya nura boyanmış.

Səhər ziyandır yuxu,

Məktəbə get, dərs oxu.

 

BAHAR (1908)

Bağçalarda açır gül,

Fərəhlənir hər könül.

Uçur duman, qəm, kədər,

Şən-şən ötür hər bülbül.

Yaşıllanır dağ, yamac,

Bəzək vurur hər ağac.

Dərə, təpə, çöl, çəmən

Çiçəklərdən qoyur tac.

Bahar eylədikcə naz,

Elin kefi olur saz.

Əkir, biçir həvəslə

Deyir: - Var ol, gözəl yaz!

 

QIZILGÜL

Qızılgüləm, qızılgül, 
Məni sevər hər könül.  
Yaşıldır incə belim, 
Qızıldandır hər telim, 
Səhər erkən açaram, 
Gözəl qoxu saçaram.
Ətrim tutar hər yanı,
Mənim kimi gül hanı?!
Mən əllərdə gəzərəm,
Süfrələri bəzərəm.
Mənəm gözəl qızılgül,
Sən ey qönçəm, açıl, gül!

QARĞA VƏ TÜLKÜ

Pendir agzında bir qara qarğa

Uçaraq qondu bir uca budağa.

Tülkü görcək yavaş-yavaş gəldi,

Endirib baş ədəblə, çömbəldi.

Bir zaman həsrət ilə qarğa sarı

Altdan-altdan marıtdı baş yuxarı;

Dedi: ”Əhsən səne,  a qarğa ağa!

Nə nəzakətlə qonmusan budağa!

Bəzədin sən bu gün bizim çəməni,

Şad qıldın bu gəlməyinlə məni.

Nə gözləsən, nə xoşliqasən sən,

Yeri var söyləsəm - hümasən sən.

Tüklərindir ipək kimi parlaq,

Bədnəzərdən vücudun olsun iraq!

Bu yəqindir ki, var sevimli sənin,

Oxu, versin mənə səfa nəfəsin!”

Böylə sözdən fərəhlənib qarğa

Ağzını açdı ta ki, etsin - ğa.

“Ğa” edərkən hənüz bircə kərə

Pendiri dimdiyindən endi yerə.

Tülkü fövrən havada qapdı, yedi,

Qarğaya tənə ilə böylə dedi:

“Olmasaydı cəhanda sarsaqlar,

Ac qalardı, yəqin ki, yaltaqlar”.

UŞAQ VƏ PUL

Kücədən bir çocuq yüyürdü evə,

Bir bumajnik bulub dedi bu nevə:

“Ana, gəl, gəl ki, dövlətə çatdıq,

Pullu olduq, səadətə çatdıq!”

Dedi xatun ki: “Söylə, ey fərzənd,

Noldu kim, olduq içi dolu pul;

Yol gedən bir qoca kişi nagah

Düşürüb keçdi, olmadi agah.

Görmədən kimsə mən qoşub aldim,

Tez qaçıb kəndimi evə saldım”.

Anası oğlunun cinayətini

Görərək zahir etdi nifrətini;

Dedi: “Oğlum, nə sərd imiş qanın

Ki, buna razı oldu vicdanın?

Tifli-məsum ikən günah etdin,

Kəndi vicdanını təbah etdin.

Niyə verdin fənayə doğruluğu,

Irtikab eylədin bu oğruluğu?

Hiç zənn etməm, özgənin mali

Bizi zəngin qılıb, edə ali.

Yox, yox, oğlum, inan ki, xar oluruz!

Ərzəli-əhli-ruzigar oluruz!

Xain olsaq əgər bu dünadə,

Irzü namusumuz gedər badə;

Gözümüz müntəhayi-zillətdən

Baxamaz kimsəyə xəcalətdən;

Gərçi pul çox fərəhfəzadır, oğul,

Leyk namus pək bəhadır, oğul!”

 

YALANÇI ÇOBAN

Bir çoban bir gün etdi dağda haray:

“Canavar var, - dedi, - gəlin, ey vay!”

Əhli-qəryə yüyürdü dağ tərəfə,

Getməsin ta qoyun, quzu tələfə.

Bunları müztərib görüncə çoban

Gülməyə bashlayıb dedi : “Yalan,

Siz bunu sanmayın həqiqətdir,

Damağım gəldi, bir zərafətdir!”

Binəvalar qayıtdı; leyk çoban

Yenə bir gün dağ üzrə qıldı fəğan:

“Canavar var!” - deyə bağırdı yenə,

Qəryə əhlin kömək çağırdı yenə.

Kəndçilər etdilər dübarə hücum,

Yenə oldu yalanlığı məlum.

Doğrudan bir zaman bəəzmi-shikar

Qoyuna gəldi bir neçə canavar.

Hərçi dad eylədi çoban, yahu!

Eshidənlər dedi: yalandır bu!

Bu səbəbdən hərayə getmədilər,

Ona heç etina da etmədilər.

Canavarlar yedi bütün qoyunu,

Ishtə, oğlum, yalançılıq oyunu!

Bax, yalançı tanindi cünki çoban,

Doğru derkən sözü göründüyü yalan.

Hərgiz, oğlum, yalan demə ki, xuda

Dust tutmaz yalançının əbəda!

Həm də xəlq içrə hörmətin olmaz,

Izzətin, qədrü qiymətin olmaz.

“Evi yandı yalançının, - derlər, -

Ona bir kimsə etmədi bavər”.

QƏRƏNFİL

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.
Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

TONQAL

Bir qırmızı güldür tonqal
Bir dəstə sünbüldür tonqal
Bağdan dərilmiş lalədir,
İçilməz al piyalədir.

Bir xonçadır al günəşdən,
Həyat gəlir bu atəşdən.
Nə gözəldir şən nəğməsi,
Ruha nəşə verir səsi.

SƏHƏR

Günəş doğdu, yayıldı,
Dağlar, daşlar ayıldı.
Sular, meşə, bayırlar,
Səhralar, həm çayırlar.


Bir nur içində qaldı,
İşıq dünyanı aldı;
Üfüq alışdı-yandı,
Quşlar bütün oyandı.


Ötüşdü şadü xəndan,
Səs ilə doldu orman.

 

TÜLKÜ HƏCCƏ GEDİR

Tülkü qocalmış idi,
Şikardan qalmış idi.
Ov keçmirdi əlinə,
Ət dəymirdi dilinə.
Həftələrlə qalıb ac,
Dolanırdı yalavac.
Ova batmırdı dişi,
Yaman keçirdi işi
Günü olmuşdu qara,
Düşündü, tapdı çara:
Təsbeh aldı əlinə,
Şal bağladı belinə,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayırdı, gedirdi,
Çölləri seyr edirdi;
Olmuşdu mömin bəndə
Çatdı böyük bir kəndə.
Kənd ağzında bir xoruz
Eşələnirdi yalqız
Gördü ki, tülkü lələ,
Girmiş başqa bir şəklə.
Gəlir təsbeh əlində,
Bir şal qurşaq belində,
Ayaqlarında çarıq,
Başında tirmə sarıq,
Çiynində atlaz əba,
Əlində zorba əsa.
Ağlayır, təsbeh çəkir,
Gözündən qan-yaş tökür...
Xoruz durub uzaqdan
Baxdı ona bir zaman
Dedi: - A tülkü lələ,
Neçin girdin bu şəklə?
Yoxsa sənə, ey baba,
Üz veribdir bir bəla?
Tülkü başın salladı,
Hönkür-hönkür ağladı.
Dedi: - A məstan xoruz,
Gözləri mərcan xoruz!
Qocalmışam, düşmüşəm,
Sizi çox incitmişəm.
Məndən daha qaçmayın.
Dərdlərimi açmayın.
Daha üzüm qaradır.
Qəlbim dolu yaradır.
Halal-haram qanmadım.
Ardı...

AĞACLARIN BƏHSİ

Alma, palıd, şam ağacı hal ilə

Eylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,

Öydü özün, zorbalığın, halətin;

“Yetməz olur, - söylədi, - dağlar mənə,

Layiq olur fəxr edə bağlar mənə;

Az qala başım yetişir göylərə,

Şax budağım kölgə Salıb hər yerə;

Əssə külək, qopsa da tufan, yenə

Əyməyə əsla gücü çatmaz mənə;

Canlıcadır, zorbacadır baldırım,

Sındıra bilməz məni heç ildırım!”

Alma ağacı ona verdi cəvab:

“Eyləmə tərif özünü, ey cənab!

Zorbadı hərçənd ki, qəddin sənin,

Yox mənə tay olmağa həddin sənin;

Səndə bitər bir neçə vecsiz qoza,

Ancaq o da qismət olar donquza.

Məndə, vəli, yaxşı, gözəl alma var,

Rəngini hər kim görə heyran qalar!

Dadlı, lətafətli, məlahətlidir,

Saplağı incə, özü ləzzətlidir!”

Şam ağacı bildi bu keyfiyyəti,

Söylədi:”Bəsdir, buraxın söhbəti!

Boş danışıqdan nə çıxar, ay balam?

Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,

Yaşıl olur paltarım atlas kimi;

Lazıməm ev tikdirən insanlara,

Həm dirəyəm, həm qapı eyvanlara

Qış sobada xəlq məni yandırar,

Mənfəətim xəlqə mənim çox dəyər”.

 

 

 

 

 


 

“TIK TIK XANIM”

 

Uşaqlar, gəlin
sizə söyləyim bir hekayət,
Dozanqurdu edirdi
Yalqızlıqdan şikayət.
Soğan qabıqlarından
Bir çadra geydi
şık-şık,
Fındıq qabıqlarından
Çarıq geyindi
tık-tık,
Ətir vurdu başına,
Bəzək verdi özünə,
Qara yaxdı qaşına,
Sürmə çəkdi gözünə.
Naz ilə yavaş-yavaş
Yola düzəldi birbaş,
Çöl-çəməni gəzirdi
Axtarırdı bir yoldaş.
Göy təpənin döşündə
Oturmuşdu bir çoban,
Dedi: a dozanqurdu
Hara gedirsən belə?
Dozanqurdu çevirdi
Qara muncuq başını,
Baxdı, baxdı çobana
Oynatdı göz qaşını,
Dedi: ehey, ay çoban!
Danışdığın sözü bil!
Gör mən kiməm?
Gözlərini yaxşı sil!
Çoban dedi: bağışla,
Qurban o şirin dilə
Tık-tık xanım, de görüm
Hara gedirsən belə?
Tık-tık xanim çevirdi
Qara muncuq başını
Baxdı, baxdı çobana,
Oynatdı göz qaşını.
Dedi: ehey, ay çoban
Ömürlər çox gödəkdir,
Bu ellərdə yalqızam
Mənə yoldaş gərəkdir
Çoban dedi: ay qaraqaş,
Bu ellərdə tapılmaz
Mənim kimi bir yoldaş,
Gəl burda qal, dost kimi
səni tutaram əziz,
Ağzıma bir tikə də
Inan qoymaram sənsiz.
Ardı...

 

 

Oxunub 47675 dəfə