Sevinc Nuruqızı
Xortumlu dağ
iri vardı, biri yox idi. Yamyaşıl meşədə bir qarışqa ailəsi var idi. Bir gün qarışqa ailəsini qonşu kəndə ad gününə dəvət etdilər. Səhər tezdən yuvadan çıxdılar. Şehdə əməlli-başlı yuyunub, çiçək-ləçəkləri ilə qurulandılar. Yolçu yolda gərək deyib qarşıqa ailəsi yola çıxdı. Bir xeyli yol getdilər. Otların arası ilə nizamla irəlilədilər. Yolüstü çiçək dərməyi də unutmadılar. Axı ad gününə gedirdilər. Birdən başları nəyə isə dəydi:
- Tap... tarap...
O ufuldadı, bu hıqqıldadı. O həyəcanlandı, bu qışqırdı. Başlarını qaldırdılar. Qarşıda dağ var idi. Ad gününə çatmaq üçün dağı aşmaq lazım idi. Qalxdılar, sürüşüb düşdülər. Bir də qalxdılar, bir də yıxıldılar. Çiçəkləri ətrafa səpələndi. Çox çalışdılar, bacarmadılar. Sonra fikirləşib, başladılar otlardan kəndir hörməyə. Kəndirləri birləşdirib nərdivan elədilər. Amma nərdivan dağın üstünə atmaq lazım gələndə, bunu bacarmadılar. O tərəfə baxdılar, bu tərəfə baxdılar. Meşədə xəbərçilik edən sağsağanı gördülər. Sağsağan tələsirdi. Deyəsən, vacib xəbər aparırdı. Dedilər:
- Sağsağan, nə olar bir dəqiqə xəbərçilik etmə də. Xeyirxah iş üçün bircə dəqiqə vaxt ayır. Bizim nərdivanı dağın üstündən aşırt.
Sağsağan razılaşdı: - Hə nə olar. Xeyirxah iş görmək üçün xəbəri gecikdirə bilərəm.
Nərdivanı dimdiyinə alıb, dağın belindən aşırtdı. Qarışqalar qışqırdılar:
Sağsağan həvəslə qarışqaların hördüyü nərdivanı dimdiyinə götürdü. Elə nərdivan idi ki, onu yemək də olardı. Ətirli, yamyaşıl otlardan, çiçəklərdən hörülmüşdü. Amma nərdivanı yemək olmazdı. Çünki qarışqalar ona inanmışdılar. O da onlara mütləq kömək etməli idi.
- Çox sağ ol. Mehriban sağsağan.
Sonra nərdivanla dağa qalxdılar. Qalxdılar, qalxdılar… Elə yenicə zirvəyə çatmışdılar ki, dağ tərpəndi. Qarışqa ailəsi çox qorxdu. Yıxılanı oldu, duranı oldu. Birtəhər bir-birindən yapışıb, dayandılar. Möcüzə baş verdi. Dağ ayağa qalxdı. İşə bir bax. Ehey…y…y… Oy…y…y… Ay…y…y. Bu nədir? Getməyə başladı. Getdi, getdi, getdi. Birdən qarşılarına göl çıxdı. Dağ xortumunu uzadıb gölün suyunu özünə çəkdi. Qarışqalar zirbədən aşağı boylandılar. Ən balaca qarışqa qışqırdı:
- Ata, bax, dağın xortumu var.
Qarışqalar tərpəndilər. Gözləri dəhşətdən bərəldi. Ayaqları əsdi. Dağın qulağı qaşındı. Dağ yarpağ kimi yekə qulaqlarını şappıldatdı. Şappıltıdan az qala qulaq tutuldu. Ən balaca qarışqa qışqırdı:
- Ana, bax, dağın qulaqları da var.
Sonra günəş çıxdı. Dağ istiləndi. Xortumundakı suyu fəvvarə kimi püskürüb yuyunmağa başladı. İşə bir bax. Leysan yağır, nədir? Qarışqalar nərdivanla birlikdə yerə düşdülər. Düşən kimi də dağa baxıb qışqırdılar:
- Bu ki, fil imiş. Yekə fil… Dağ boyda… Dağdan da yekə fil. Fil.l.l.l.
Sonra ətrafa nəzər saldılar. Sən demə, fil onları ad günü olan yuvanın düz qapısına gətiribmiş. Onlar vaxtında gəlib çatmışdılar. Filə təşəkkür elədilər:
- Çox sağ ol. Mehriban fil.