NƏRMİNİN GƏZİNTİSİ
MÜNƏVƏR TAPDIQOVA
NƏRMİNİN GƏZİNTİSİ
(Hekayə)
yun ayı idi. Nərmin evdə çox darıxırdı. Məktəbdə dərslər də qurtarmışdı. Nərmin tez-tez Süsən nənəsinə sual verirdi:
- Ay nənə, elə hey deyirsən, bizi Tofiq baba bağa gəzməyə aparacaq, amma aparıb çıxarmır.
Nənəsinin yadına düşdü ki, Tofiq babası deyib ki, sizi bir yaxşı yerə gəzməyə aparacağam. Tofiq baba adəti üzrə qəzet köşkündən «Savalan» qəzeti alıb gələndə Süsən nənəsi babanın yadına saldı ki, sən Nərmini və məni gəzməyə bir dostunun bağına aparacaqdın, nə oldu? Tofiq baba cavab verdi:
- Bəyəm bilmirsiniz, professor Bayram dostum elə mənə bu gün bağa gəlin deyib?
Nərminin sevinci yerə-göyə sığmırdı. Nərmin soruşdu:
- Baba, o bağda tut var?
Tofiq baba cavab verdi:
- Nərmin, balası, orada hər şey var. Tez olun geyinin gedək.
Süsən nənə paltarını geyindi, Nərmini də geyindirib, həyətə maşının yanına endilər.
Baba maşını işə salırdı. Maşın işə düşəndən sonra onlar maşına oturdular və şəhərə çıxdılar. Şəhərin baş tərəfində televiziya qülləsinin yan-yörəsində olan bir yerə çatanda baba maşını saxladı. Süsən nənə xəbər alır:
- Ay babası, sən dediyin bağ buradır?
Tofiq baba dilləndi:
- Bəli, buradır. Hələ professor bura yaxşı yol çəkməyib. Siz gəlin bir içərilərə baxın görün nə dəmdəsgahdır.
Doğrudan da yolun qırağında bağda çox da böyük olmayan bir ağ tut ağacı vardı. Ağacın üstü tutla dolu idi. Bir az irəli gedəndə Nərmin nənəsinə dedi:
- Ay nənə, bir bura bax, çiyələklər yarpaqların arasında qıpqırmızı görünür. Ay nənə, hələ bura bax, albalı dəyib.
Nərmin babasına dedi:
- Baba, sən soruş da Bayram əmidən, bu tutdan, çiyələkdən, albalıdan yemək olar?
Bu sualı babaya Nərmin verəndə Bayram müəllim eşitdi.
- Olar, olar, mənim qəşəng balam, niyə olmur? Nə qədər istəyirsən ağacdan dər ye. Bunun öz ləzzəti var ağaclar cavan ağaclardı, özünün də budaqları yerə dəyir və ələ asanlıqla çatır.
Nərmin bir neçə dənə çiyələkdən, albalıdan dərdi, sonra suda yaxalayıb, stola qoydu və babalara, nənəyə yeməyi təklif etdi.
- Ay baba, bu çiyələkləri, ağacları bura kim əkib?
Baba cavab verdi:
- Bax, bu Bayram əmin əkib.
Bayram müəllim söhbət zamanı dedi:
- Görürsünüz də, binalar tikiləndə artıq qalan nə varsa, - sınıq şüşələri, daşı-kəsəyi, bura atıblar, bir sözlə inşaat zibilliyi idi.
Bayram müəllim sonra qeyd etdi ki, zibilləri buradan maşınla daşıtdırmışam, belə-belə təmizlik işləri apardım, bura bir neçə maşın torpaq da tökdürmüşəm, su çəkdirmişəm. Ağacları rayondan gətirib, özüm əkmişəm. Ondan sonra bura bu gördüyümüz hala gəlib çıxıb. Bayram müəllim dedi:
- Bilirsiniz, bu çiyələk bitkisini haradan gətirmişəm?
Tofiq müəllim cavab verdi:
- Yəqin dağdan gətirmisən? Eləmi?
Bayram müəllim:
- Düz tapdın, Tofiq müəllim. Görürsüz, bu göyəm ağacıdır, üstü göyəmlə doludur, bu da avqust-sentyabr aylarında dəyəcək. Burada nanə, cəfəri, reyhan, keşniş, alma, badam ağacı, üzüm meynəsi və s. var idi. Bayram müəllim daha sonra Nərminə dedi:
- Quzu bala, bax bu əncir, bu şirin gilas, bu da badam ağacıdır.
Bayram müəllim bizim üçün bağda xan kababı verdi. Qoyunun qaraciyərini tikə-tikə doğrayıb qoyunun iç piyinə (bəzi yerlərdə ona çöz də deyirlər) tikələri dolma kimi bükərək şişə taxdı, sonra qoyunun bağırsağını təmiz-təmiz yuyub, onun iç tərəfini üst tərəfə çevirərək (onda bağırsağın piyli tərəfi içəridə qalır, iç sığallı tərəfi isə üzə çıxır) bağırsağı bir ucundan şişə keçirərək doladı və manqalda kabab - özü də xan kababı bişirdi. Nərmin hərəsindən bir tikə yeyib, dadına baxdı. Bu vaxt Nərminin gözü kranın altındakı suda çimişən quşlara sataşdı. Nərmin dedi:
- Baba, baba, bir ora bax gör quşlar necə çimirlər. Mən quşların belə ləzzətlə çimdiyini görməmişdim. Bayram əmi gülümsəyərək dedi:
- Qızım bilirsən bu quşların adı necədir?
Nərmin çiyinlərini dartaraq bilmirəm deyib, babasının üzünü baxdı.
Babası dedi:
- Bu sarı dimdikli, qara quşların adı qaratoyuqdur, hətta onların əti yeməlidir.
Nərmin dedi:
- Yox, yox baba, onları öldürmək olmaz. Onlar bu bağda gəzəndə adam ona baxanda sevinir.
Bayram əmi söylədi:
- Nərmin, burada əsl bülbüllər də var. Onlar bağa gələndə bilirsən necə cəh-cəh vururlar. İndi görünmürlər. Hələ burda bir tısbağamız da var.
Nərmin xəbər aldı:
- Bəs hanı o?
Bayram əmi dedi:
- Tısbağa göy-göyərtidən, qabağına çıxan cücüdən-zaddan yeyib gizlənib.
Nərmin babası Tofiqə sual verdi:
- Bizi bura tez-tez gətirərsən?
Babası cavab verdi:
- Əlbəttə, bağa tez-tez gələrik.
Nərmin, nənə, baba bir xeyli təbiətin bu balaca guşəsini beləcə seyr etdilər, dincəldilər. Sonra da axşama doğru maşina minib evə qayıtdılar. Bayram əmi Nərminə tez-tez mənim bağıma qonan gəlin, deyib öz əlləri ilə əkib-becərdiyi qızılgüllərdən bir dəstə gül də verdi. Sonra da əlini havada yellədərək sağollaşdı.
Nərmin balanın bu günkü gəzintisi beləcə başa çatdı.uğu �i U@mToyun pendiri və kərə yağdan yaxma düzəldib yeyərdim. Nənəmə sağ ol deyib məktəbə yollanardım. Bəzən yaz dumanı, çəni olanda onu yara-yara gedərdim, geriyə baxanda hər yer ağappaq dumana bürünmüş görünərdi, elə-bil göylə yer bir-birinə qarışmışdı. Ancaq özüm olduğum dairəni görərdim. Teatr səhnəsinə salınan projektor işığı kimi.
Mən bir gün möhkəm xəstələndim. Yüksək temperaturum vardı. Taxtın üstündə yatırdım. Oradan nənəmin ev-eşiyi yığmasına, səliqə-sahmanına baxardım. Nənəm əvvəlcə yerini yükün üstünə səliqə ilə yığardı. Baş altına qoyduğu yastıqları Nikolaydan qalma (nənəm belə deyərdi) sandığın üstünə yığardı. Nağıllarda olduğu kimi bu sandığın qara uzun açarının əl tutan yeri halqa kimi dəyirmiydi, lap sehrli açara oxşayırdı. Sonra da çaydanı odunla yanan dəmir peçinin üstünə qoyub işlərini davam etdirərdi. Evin döşəməsini yaş dəsmalla silərdi. Mən yerimdə ona baxanda ürəyimdən keçirdi ki, görəsən mən nə vaxt yaxşı olacağam, sağalacağam ki, mən də nənəm kimi ev-eşiyi belə yığışdırım.
Bir dəfə nənəm belə işlərini görüb qurtardıqdan sonra bərk susamış adam kimi suyla dolu qrafini taxtın bir ucunda oturub başına çəkdi, qurtaqurtla sudan içdi (nənəm deyərdi ayaqüstə durub su içmək günahdı). Mən də ona baxıb dururdum. Birdən mənim də ürəyim su istədi. Nənəmə dedim mənə də qrafində su ver də. Nənəm qrafini mənə verdi, mən də yerimdə oturub qrafini başıma çəkdim. Gördüm ki, nənəm içdiyi kimi ləzzətli alınmır. Nənəmə dedim, ay nənə sən mənə qrafini ağzına kimi doldur ver, mən də içəndə su qurt-qurt etsin. Nənəm heç bir şey demədən qrafini ağzına kimi doldurub mənə verdi, mən də suyu qurt-qurt edə-edə həvəslə içdim. Bundan çox xoşum gəldi. Ondan sonra elə bil gözümə işıq gəldi. Özümü yüngül hiss etməyə başladım. Sabahısı günü demək olar ki, özümü sağlam və gümrah hiss etdim.
O gündən etibarən daha mən ağrımadım. Görünür, mənim ürəyimcə olan bir şey - yəni bir qrafin soyuq sudan qurtaqurtla içmək mənə sağaldıcı və yaxşı təsir etdi.