Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Şənbə, 01 Sentyabr 2012 08:38

BİR QRAFİN SU VƏ YA QURT-QURT

 

Münəvər Tapdıqova

BİR QRAFİN SU VƏ YA QURT-QURT

(Hekayə)

Y
az dumanı gah hər tərəfi bürüyür, gah da ətəyini yığışdırıb çəkilib gedirdi. Bu ağ duman yazın lap yaxınlaşmasından xəbər verirdi. Nənəm deyərdi ki, qışda çoxlu qar, yaz yağışları yağanda torpaqda su, nəm çoxalar, məhsul da bol olar. Nənəm - anamın anası (Gülü ana) tək yaşadığı üçün məni atam-anam həmişəlik onun yanında qoymuşdu. Nənəmin anamdan başqa qızı, oğlu yox idi. Anamın atası da repressiya illərinin qurbanı olmuşdu. Nənəmin dediyinə görə o, ev xanımı olub, babamı tutub apardıqdan sonra kolxozda işləyib. Nənəm bunları mənə danışanda həmişə ağlamsınardı. Mən xəbər alanda ki, nənə niyə ağlayırsan? O, cavabında heç, elə-belə kövrəldim deyərdi.

Nənəm ana babam haqqında dil deyib ağlayardı. Babanın elə bil suçu yox idi. 30-37-ci illərdə qaçhaqaç, tutatut zəmanəsi idi. Nənəm həmişə deyərdi ki, tutulduğu gündən bu vaxta qədər ondan xəbər yoxdur.

Nənəm mənim çox istəyirdi. Mənim uzun saçlarım, üzümdə də nəzərə çarpan bir-iki qara xalım vardı.

Hərdən nənəm, hərdən də mən hörüklərimi qırmızı uzun lentlə birlikdə hörüb belimə atardım. Dərsdə uşaqlar hörüyümə dəyməsinlər, açmasınlar deyə qabağıma salıb oturardım. Sinfimizdə heç bir qızın mənim kimi uzun hörükləri yox idi. Nənəm məni həmişə əzizləyərdi… o vaxtlar belə bir nəğmə var idi. O nəğməni evdə oxuyardım:

«… Məktəb zamanı gəldi-

Dur yaraşıqlı oğlum…»

Nənəm isə bu nəğmənini sözlərini dəyişib mənə aid səhər-səhər belə deyərdi:

«Məktəb zamanı gəldi-

Dur uzunsaçlı, qaraxallı qızım».

Mən yuxudan həvəslə oyanardım və nənəmə sabahın xeyir deyib əvvəlcə əl-üzümü yuyardım, sonra uzun hörüklərimi açıb başımı darayıb-hörərdim.    Daraqda qalan saçlarımı toplayıb hasarın dibinə, ya da barının boş yerinə qoyardım. Nənəm həmişə deyərdi ki, saçı darıyanda çıxan tükü hara gəldi atmaq olmaz, günahdı. Nənəm burada günahdır deməklə az da olsa sanitariya baxımından düz deyirmiş.

Mən axşamdan səliqə ilə stulun başına qoyduğum məktəb formasını geyinib qırmızı qalustukumu da boynuma salardım. Səhər-səhər nənəm süfrəyə qoyduğu şirin çayla, qoyun pendiri və kərə yağdan yaxma düzəldib yeyərdim. Nənəmə sağ ol deyib məktəbə yollanardım. Bəzən yaz dumanı, çəni olanda onu yara-yara gedərdim, geriyə baxanda hər yer ağappaq dumana bürünmüş görünərdi, elə-bil göylə yer bir-birinə qarışmışdı. Ancaq özüm olduğum dairəni görərdim. Teatr səhnəsinə salınan projektor işığı kimi.

Mən bir gün möhkəm xəstələndim. Yüksək temperaturum vardı. Taxtın üstündə yatırdım. Oradan nənəmin ev-eşiyi yığmasına, səliqə-sahmanına baxardım. Nənəm əvvəlcə yerini yükün üstünə səliqə ilə yığardı. Baş altına qoyduğu yastıqları Nikolaydan qalma (nənəm belə deyərdi) sandığın üstünə yığardı. Nağıllarda olduğu kimi bu sandığın qara uzun açarının əl tutan yeri halqa kimi dəyirmiydi, lap sehrli açara oxşayırdı.  Sonra da çaydanı odunla yanan dəmir peçinin üstünə qoyub işlərini davam etdirərdi. Evin döşəməsini yaş dəsmalla silərdi. Mən yerimdə ona baxanda ürəyimdən keçirdi ki, görəsən mən nə vaxt yaxşı olacağam, sağalacağam ki, mən də nənəm kimi ev-eşiyi belə yığışdırım.

Bir dəfə nənəm belə işlərini görüb qurtardıqdan sonra bərk susamış adam kimi suyla dolu qrafini taxtın bir ucunda oturub başına çəkdi, qurtaqurtla sudan içdi (nənəm deyərdi ayaqüstə durub su içmək günahdı). Mən də ona baxıb dururdum. Birdən mənim də ürəyim su istədi. Nənəmə dedim mənə də qrafində su ver də. Nənəm qrafini mənə verdi, mən də yerimdə oturub qrafini başıma çəkdim. Gördüm ki, nənəm içdiyi kimi ləzzətli alınmır. Nənəmə dedim, ay nənə sən mənə qrafini ağzına kimi doldur ver, mən də içəndə su qurt-qurt etsin. Nənəm heç bir şey demədən qrafini ağzına kimi doldurub mənə verdi, mən də  suyu qurt-qurt edə-edə həvəslə içdim. Bundan çox xoşum gəldi. Ondan sonra elə bil gözümə işıq gəldi. Özümü yüngül hiss etməyə başladım. Sabahısı günü demək olar ki, özümü sağlam və gümrah hiss etdim.

O gündən etibarən daha mən ağrımadım. Görünür, mənim ürəyimcə olan bir şey - yəni bir qrafin soyuq sudan qurtaqurtla içmək mənə sağaldıcı və yaxşı təsir etdi.

Oxunub 10912 dəfə