Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 06 Dekabr 2011 11:58

DÖRD USTA QARDAŞ

Уакоb və Vilhelm Qrimm qardaşları

DÖRD USTA QARDAŞ

(tərcümə edəni Səkinə Hüseynova)

b
iri vardı, biri yoxdu, bir yoxsul kişi vardı, onun da dörd oğlu vardı. Oğlanlar boy atıb böyüdü, yaşa doldu. Günlərin birində ataları onlara dedi:

-       İstəkli övladlarım, daha sizi dolandıra bilmərəm, gedin, diyarbədiyar dolaşın, özünüzə çörəkpulu qazanın. Sənət öyrənin, sonrası da Allah Kərimdir.

Qardaşlar əllərinə ağac aldılar, ataları ilə vidalaşıb, şəhər darvazalarına tərəf üz tutdular. Xeyli yol gedib, dörd yolayrıcına yetişdilər. Böyük qardaş dedi:

-       Burda biz ayrılmalıyıq. Ancaq dörd ildən sonra, bugünkü gün burdaca görüşək, о vaxta qədər də bəxtimizi sınayaq.

Hərə öz yolu ilə getdi; böyük qardaşın rastına bir adam çıxdı, soruşdu ki, hara gedir, niyyəti nədir. Böyük qardaş cavab verdi:

-        Bir sənət оуrənmək istəyirəm.

О adam dedi:

-        Qoşul mənə, oğru ol.

Böyük qardaş dedi:

-        Yox, indi bu sənət hörmətdən düşüb, axırı da dar ağacıdır.

Həmin adam dedi:

-        Eh, dar ağacından qorxma, səni elə öyrədəcəyəm ki, heç kim izini-tozunu tapa bilməsin.

О adam böyük qardaşı razı saldı, böyük qardaş da onun sayəsində usta oğru oldu; aparmaq istədiyini apardı, qabağında heç kəs dura bilmədi.

İkinci qardaş da bir nəfərə rast gəldi, о adam da həmən şeyi soruşdu: hansı sənəti öуrənmək istəyirsən? İkinci qardaş cavab verdi:

-        Hələ özüm də bilmirəm.

-        Elə isə gedək mənimlə, münəccim olarsan, göyün də, yerin də səndən gizli sirri qalmaz.

Bu sənət qardaşın xoşuna gəldi və о elə təcrübəli münəccim oldu ki, dərsini qurtaranda ustadı ona müşahidə borusu bağışlayıb belə dedi:

-       Bu müşahidə borusuyla yerdə də, göydə də nələr olduğunu görəcəksən, səndən gizli heç bir sirr qalmayacaq.

Üçüncü qardaşı da bir ovçu aparıb, öz sənətini ona öyrətdi. Bu qardaş da ovçuluq sənətini elə öyrəndi ki, usta ovçu oldu. Ustadı ona axırda bir tüfəng bağışlayıb dedi:

-        Bu tüfəng düz nişan alır, nəyi vurmaq istəsən, vuracaqsan.

Kiçik qardaş da bir nəfərə rast gəldi və о da nə sənət оуrənmək istədiyini qardaşdan soruşdu:

-        Dərziliyə həvəsin varmı?

Cavan oğlan cavab verdi:

-       Heç adını tutmaq istəmirəm. Səhərdən axşamacan belini büküb oturasan, iynəni ora-bura batırasan, ütü çəkəsən... yox, belə şey ürəyimcə deyil.

О adam dedi:

-       Nə danışırsan, bu iş qətiyyən sən fikirləşdiyin kimi deyil. Mən sənə tamam ayrı cür dərzilik öyrədəcəyəm, həm gəlirli, həm də hörmətli sənət olacaq.

O, cavan oğlanı yola gətirdi və dərzilik peşəsini ona yaxşı-yaxşı öyrətdi. Ayrılanda ona bir iynə verib dedi:

-       Bu iynə ilə əlinə nə keçdi, tikəcəksən, istər yumurta kimi kövrək, istər palıd kimi möhkəm olsun, heç tikiş yeri də bilmınəyəсәк.

Dörd il keçdi, dörd qardaş şərtləşdiyi kimi, eyni vaxtda yolayrıcında görüşdü. Sevindilər, qucaqlaşıb öpüşdülər və evə, atalarının yanına qayıtdılar.

Ataları onları görəndə çox sevindi, dedi:

-        Hə, nə əcəb yenə yanıma qayıtmısınız?

Onlar başlarına gələn əhvalatı, nə sənət öyrəndiklərini danışdılar. Evin qabağındakı qollu-budaqlı ağacın altında oturanda ataları dedi:

-        Hə-ə, indi də nə bacardığınızı yoxlamaq istəyirəm.

Yuxarı baxıb, ortancıl oğluna dedi:

-       Bax, bu ağacın başında, iki budaq arasında alacəhrə yuvası var. De görüm, yuvada neçə yumurta var?

Münəccim müşahidə borusunu götürüb yuxarı baxdı, dedi:

-        Beş.

Atası böyük oğluna üz tutdu:

-        Yumurtaları elə götür ki, onların üstündə oturan quşun heç xəbəri olmasın.

Zirək oğru yuxarı dırmaşdı, quşun altından beş dənə yumurtanı elə götürdü ki, quşun heç ruhu da incimədi. Oğlan yumurtaları atasına verdi. О da masanın hər küncünə bir yumurta qoydu, birini də ortada saxladı və ovçuya dedi:

-        Hünərin var, bir güllə ilə beş yumurtanın beşini də ortadan böl.

Ovçu tüfəngi çiyninə qaldırdı, yumurtaları, atasının dediyi kimi, yarıdan böldü, özü də bir atəşlə. Yəqin barıtı elə idi ki, qırına kimi səpələnirdi.

-       Hə, indi də sənin növbəndir, - atası dördüncü oğluna üz tutdu, - Bu уumurtalari, içindəki balaları da elə tik ki, qırmadan zədələndikləri heç bilinməsin.

Dərzi iynəsini çıxarıb, hamısını atasının dediyi kimi tikdi. Qurtarandan sonra oğru həmin yumurtaları ağacın başındakı yuvaya qaytarıb elə qoydu ki, quş heç xəbər də tutmadı. Günlərin birində balalar yumurtadan çıxdılar, hamısının da boğazında qırmızı zolaq vardı, dərzinin tikiş yeri.

Ata oğlanlarına dedi:

-     Həə, gərək oturum, durum sizi tərifləyim; görünür ki, vaxtı boş keçirınəməsiniz, gərəkli peşələri öyrənmisiniz, heç bilmirəm hansınıza üstünlük verim. Ustalığınızı göstərmək üçün fürsət düşsə, onda məlum olacaq.

Elə bu əhvalatdan az müddət keçmiş оlкәуә vəlvələ düşdü ki, kralın qızını əjdaha oğurlayıb. Kral gecə-gündüz dərd çəkdi, qəm-qüssə yedi, hər yerə car çəkdirdi ki, kim qızını xilas eləsə, onu həmin adama verəcək. О vaxt qardaşlar öz aralarında belə dedilər: «Fürsətdir, ustalığımızı göstərək.» Dördü də bir yerdə kral qızını xilas eləməyə qərar verdi.

Münəccim dedi:

-       Onun harda olduğunu indi biləcəyəm. - Müşahidə borusunu tutub baxdı: - Odur, görürəm onu, burdan çox uzaqdadır, dənizin ortasında, qayanın üstündə oturub, əjdaha da onun keşiyini çəkir.

Kralın yanına gedib, özü və qardaşları üçün ondan bir gəmi istədi; gəmiyə minib dənizə çıxdılar, həmin qayaya уan aldılar. Kral qızı qayanın üstündə oturmuş, əjdaha da başını onun dizinə qoyub yatmışdı.

Ovçu dedi:

-        Güllə atmağa ürəк eləmirəm, birdən qəşəng qıza dəyər.

-       Onda mən öz fəndimə əl atım, - deyib oğru arxadan yanaşdı, qızı üsulluca əjdahanın başı altından çəkib apardı; əjdaha heç xorultusuna da ara vermədi.

Onlar sevincək gəmiyə minib, açıq dənizə çıxdılar. Əjdaha oyanıb kral qızını görməyəndə, qəzəblənib onların dalınca düşdü, göyə qalxıb, gəminin üstündə dövrə vurdu. Gəmiyə еnmək istəyəndə ovçu tüfəngi ona tuşlayıb, düz ürəyindən vurdu. Əjdaha elə nəhəngdi ki, yıxılanda gəmini dağıdıb parça-parça elədi. Xoşbəxtlikdən, qardaşlar taxta parçalarından yapışıb, suyun üzündə qaldılar. Тәһlüкә yenə onların başı üstünü almışdı, amma dərzi öz sehrli iynəsini çıxarıb, iri tikişlə taxta parçalarını cəld bir-birinə tikdi, üstündə oturdu. Sonra gəminin bütün parçalarını yığıb, hamısını elə tez, elə ustalıqla ükdi ki, bir az keçmiş gəmi yenə yeikənlərini açıb dənizdə üzdü, hamısı da sağ-salamat öz ölkəsinə qayıtdı.

Kral, qızını görən gün ölkədə toy-bayram oldu. Kral dörd qardaşa dedi:

-       Mənim qızım birinizin arvadı olacaq, amma о kimə düşəcək, onu özünüz öz aranızda müəyyən eləyin.

Qardaşların arasında qızğın mübahisə düşdü, çünki hər biri istəyirdi qız onun olsun. Münəccim dedi:

-       Hərgah mən kral qızını görməsəydim, sizin səyiniz də, bacarığınız da gərək olmayacaqdı, buna görə də qız mənimdir.

Oğru dedi:

-       Əgər mən qızı əjdahanın başı altından çıxarıb aparmasaydım, sənin onu görməyindən fayda olmayacaqdı, buna görə də qız mənimdir.

Ovçu dedi:

-       Hərgah mənim gülləm dəyməsəydi, əjdaha sizi kral qızı ilə bir yerdə parçalayacaqdı, buna görə qız mənimdir.

Dərzi də dedi:

-       Hərgah mən iynəmlə gəmini tikməsəydim, hamınız dənizdə batacaqdınız, buna görə qız mənimdir.

Kralın isə qərarı belə oldu:

-       Hər birinizin onunla evlənməyə eyni haqqı var, buna görə də о sizin heç birinizin olmayacaq, amma mükafat olaraq sizin hər birinizə krallığımın bir hissəsini bağışlayıram.

Bu qərar qardaşların xoşuna gəldi. Onlar dedilər:

-        Bir-birimizlə düşmən olmaqdansa, qoy belə olsun.

Hər qardaşa krallığın bir hissəsi çatdı, onlar da ataları ilə birgə ömürlərinin axırına kimi xoşbəxt yaşadılar.

Oxunub 7821 dəfə