BREMEN ÇALĞIÇILARI
Уакоb və Vilhelm Qrimm qardaşları
BREMEN ÇALĞIÇILARI
(tərcümə edəni Səkinə Hüseynova)
ox-çox illər bundan qabaq yer üzündə bir dəyirmançı yaşayırdı. Dəyirmançının bir ulağı vardı, çox yaxşı, ağıllı, güclü ulaqdı. Ulaq dəyirmanda çox işlədi, belində un tayları daşıdı və axır ki, qocaldı. Sahibi gördü ulaq gücdən düşüb, daha işə yaramır, odur ki, onu evdən qovdu. Ulaq qorxdu, fikirləşdi ki: «İndi neyləyim, hara gedim? Qocalıb əldən düşmüşəm». Sonra öz-özünə dedi: «Gedərəm Bremen şəhərinə, orda küçə çalğıçısı olaram».
Elə də elədi. Getdi Bremen şəhərinə. Ulaq yolla gedir, anqırırdı. Bir də gördü yolda bir ov İti uzanıb, ağır-ağır ləhləyir.
Ulaq soruşdu:
- Neyçin belə ləhləyirsən, ay İt? Nə olub sənə? İt dedi:
Yorulmuşam. Uzun yol qaçmışam, təngnəfəs olmuşam. Ulaq soruşdu:
Neyçin belə qaçmısan ki, ay it? İt dedi:
- Eh, mənə rəhmin gəlsin! Ovçunun yanında çox yaşadım. Çöllərdə, bataqlıqlarda ov quşlarının dalınca qaçdım, indi qocalmışam, daha ova yaramıram, sahibim də məni öldürmək fikrinə düşüb. Mən də qaçmışam, indi neyləyəcəyəm, onu bilmirəm.
Ulaq ona belə məsləhət verdi:
- Gedək mənimlə Bremen şəhərinə, orda küçə çalğıçısı olarıq. Sən bərк hürürsən, səsin yaxşıdır. Sən həm oxuyarsan, həm də təbil vurarsan, mən də həm oxuyaram, həm də gitara çalaram.
İt dedi:
- Nə deyirəm ki?! Gedək.
Onlar qoşa getdilər.
Ulaq gedə-gedə anqırır, it gedə-gedə hürürdü. Az getdilər, çox getdilər, birdən gördülər yol üstündə qəmli, kədərli bir pişik oturub. Ulaq ondan soruşdu:
- Neyçin belə qəmlisən? Pişik dedi:
- Ah, mənə rəhminiz gəlsin, ay ulaq, ay it! Öz sahibəmin yanında uzun illər yaşadım, siçovul tutdum, siçan tutdum. İndi daha qocalmışam, dişlərim kütləşib. Sahibəm gördü ki, daha siçan tuta bilmirəm, məni çayda batırmaq fikrinə düşdü. Mən də evdən qaçdım. İndi neyləyim, nəylə dolanım, bilmirəm.
Ulaq ona da məsləhət verdi:
- Gedək bizimlə Bremen şəhərinə, ay pişik, orda küçə çalğıçıları olaq. Sənin səsin yaxşıdır, sən oxuyarsan, skripka çalarsan, it oxuyar, təbil çalar, mən də oxuyaram, həm də gitara çalaram.
Pişik dedi:
- Nə deyirəm ki?! Gedək.
Bir-birinə qoşulub yola düşdülər.
Ulaq gedə-gedə anqırır, it gedə-gedə hürür, ik gedə-gedə miyoldayırdı.
Az getdilər, üz getdilər, bir həyətin yanından keçəndə gördülər darvazanın üstünə bir xoruz qonub bərkdən çığırır: «Quqquluqu!» Ulaq ondan soruşdu:
- Neyçin belə çığırırsan, ay xoruz?
İt ondan soruşdu:
- Sənə nə olub belə?
Pişik soruşdu:
- - BəIkə sənin xətrinə dəyiblər?
Xoruz dedi:
- Ah, mənə rəhminiz gəlsin, ay ulaq, ay it, ay pişik! Sabah mənim sahiblərimgilə qonaqlar gələcək. Sahiblərim məni kəsib, şorba bişirmək istəyirlər. İndi mən neyləyim?
Ulaq dedi:
- Ay xoruz, gedək bizimlə Bremen şəhərinə, orda küçə çalğıçısı olarıq. Səsin yaxşıdır, sən oxuyarsan, pişik oxuyub skripka çalar, it oxuyub təbil çalar, mən də oxuyub gitara çalaram.
Xoruz dedi:
- Nə deyirəm?! Gedək. Hamısı bir yerdə yola düşdü.
Ulaq gedə-gedə anqırır, it hürür, pişik miyoldayır, xoruz banlayırdı.
Az getdilər, çox getdilər, bir də gördülər ki, gecə düşüb. Ulaqla it iri bir palıdın altında uzandılar, pişik budağa dırmaşdı, xoruz isə ağacın lap təpəsinə qonub, ordan ətrafa baxmağa başladı.
Baxdı, baxdı, gördü ki, yaxınlıqda bir yerdən işıq gəlir. Qışqırdı:
- İşıq yanır!
Ulaq dedi:
- Gərək оугәпәк görək bu nə işıqdır. BəIkə yaxında ev var.
İt dedi:
- BəIkə bu evdə ət var. Nə yeyərdim!
Pişik dedi:
- BəIkə bu evdə süd var. Nə içərdim!
Xoruz da dedi:
- BəIkə bu evdə darı var. Nə dənlərdim!
Onlar durub işıq gələn yerə getdilər. Çəmənliyə çıxanda gördülər burda bir ev var, pəncərələrindən də işıq gəlir. Ulaq evə yaxınlaşıb, pəncərədən içəri baxdı. Xoruz soruşdu:
- Orda nə görürsən, ulaq?
Ulaq dedi:
- Görürəm ki, masanın dalında quldurlar oturub, yeyib-içirlər.
İt dedi:
- Necə уеmәк istəyirəm!
Pişik dedi:
- Necə içmək istəyirəm!
Xoruz dedi:
- Quldurları evdən necə qovaq?
Fikirləşdilər, fikirləşdilər, tapdılar. Ulaq qabaq ayaqlarını pəncərəyə qoydu, it onun belinə çıxdı, pişik itin belinə qalxdı, xoruz da uçub pişiyin başma qondu.
Hamısı da birdən çığırdı: ulaq anqırdı, it hürdü, pişik miyoldadı, xoruz banladı.
Qışqırıb, pəncərədən içəri yumbalandılar. Quldurlar qorxub meşəyə qaçdılar. Ulaq, it, pişik və xoruz masanın ətrafmda oturub, yeməyə girişdilər. Yedilər, içdilər, yedilər, içdilər, doydular, yıxılıb yatdılar.
Ulaq həyətdə samanın üstə uzandı, it qapı ağzında sərələndi, pişik isti sobanın üstündə yumurlandı, xoruz da uçub darvazaya qondu. Onlar evin işığını söndürüb, yuxuya getdilər.
Quldurlar qalın meşədə oturub, ağacların arasından evlərinə baxırdılar. Gördülər ki, evdə işıq söndü, qaranlıq oldu. Quldurlardan birini göndərdilər ki, görsün evdə nə var, nə yox. Bəlkə nahaq yerə belə qorxublar.
Quldur evə yaxınlaşdı, qapını açdı, mətbəxə girdi. Gördü ki, sobanın üstündə iki işıq yanır. Fikirləşdi ki, yəqin közdür qızarır, çırpı alışdırmaq istədi. Çırpını közə batırdı, demə, pişiyin gözləri imiş. Pişik hirsləndi, yerindən sıçradı, «fff» eləyib, pəncəsini quldura çırpıb cırmaqladı.
Quldur qapıya cumdu, orda it onun ayağından yapışdı. Quldur həyətə qaçdı, orda ulaq ona təpik atdı. Quldur darvazaya yüyürdü, orda da xoruz var səsilə banladı: «Quqquluqu!». Quldur meşəyə sarı dördayaq götürüldü. Yoldaşlarının yanına çatıb dedi:
- Bəlaya düşmüşük. Bizim evə qorxulu nəhənglər doluşublar. Birisi uzun barmaqları ilə üzümdən yapışdı, о birisi bıçaqla ayağını kəsdi, üçüncüsü ağacı belimə çırpdı, dördüncüsü də dalınca çığırdı: «Oğrunu tutun!»
Quldurlar dedilər:
- Vay, tez qaçıb, canımızı qurtaraq!
Quldurlar bu meşədən bir-dəfəlik qaçıb getdilər.
Bremen çalğıçıları: ulaq, it, pişik və xoruz onların evində şad-xürrəm yaşamağa başladılar.