Oqtay Zülfüqarovun 90 illiyi dövlət səviyyəsində qeyd olunacaq
Mayın 31-də Azərbaycan Xalq artisti, “Şöhrət” ordenli bəstəkar Oqtay Zülfüqarovun anadan olduğu gündür və bununla bağlı Bakıda bəstəkarın 90 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək. Bu barədə məlumat Azərbaycan Mədəniyyət Nazirliyinin rəsmi saytında dərc olunub.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri paytaxtın Dənizkənarı Milli Parkda gəzintiyə çıxıblar. Prezidentin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, gəzinti zamanı dövlətimizin başçısı və birinci xanım yerli sakinlər və şəhərimizin qonaqları ilə görüşüblər.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda iştirak ediblər
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib. Prezidentin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
İyunun 2-də növbəti buraxılış imtahanı keçiriləcək
İyunun 2-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.
Səsyazma mərhələsi başa çatdı
Oqtay Zülfüqarov-90
Mayın 23-də səsyazma studiyasında layihəmizin işçi qrupunun iştirakı ilə 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin vokal müəllimi Gülnarə Qurbanova və Respublika İncəsənət Gimnaziyasının xormeysteri Validə Cəlilovanın rəhbərliyi altında uşaqların qala-konsertdə ifa edəcəkləri mahnılar yazılıb. Bununla da layihənin bir neçə gün davam edən səsyazma mərhələsi başa çatıb.