Səhifəni çap et
Çərşənbə axşamı, 04 Sentyabr 2012 09:51

TƏLƏYƏ DÜŞMÜŞ AYI

İvan Andreyeviç Krılov

TƏLƏYƏ DÜŞMÜŞ AYI

Tərcümə edəni Mirmehdi Seyidzadə

 

Uzaqdan əylənər ölümlə hər kəs,

Ölüm gələn zaman əylənə bilməz.

Bir Ayı tələyə düşmüşdü, fəqət,

Ölmək istəmirdi... qolunda qüvvət

Olsa da, savaşmaq deyildi asan,

Tora dolaşmışdı... Bir də һәr yandan

Onu aralığa almışdı itlər,

Əllərində silah olan igidlər.

Odur ki, axtardı başqa vəsilə

Ovçulara qurmaq istədi hiylə.

Dedi: - Neçin məni sanıb günahkar,

Siz öldürürsünüz... Nə taqsırım var?

Ayılar nahaqdan düşür böhtana,

İnanmayın mənə böhtan atana.

Zərərsiz heyvanam... Gəlsin bir yerə

Qoy heyvanlar, açıq desin bir kərə

Mən toxunmuşammı ölü insana?..

Ovçu dedi: - Düzdür, bu haqda sana

Heç sözümüz yoxdur, bir iş var, ancaq,

Sən diri adamı buraxmırsan sağ.

Diridənsə ölü yesəydin, əgər,

Verməzdin bu qədər böyük bir zərər.

Oxunub 8627 dəfə