Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Krilovİvan Andreyeviç Krılov (1769-1844)

 

Böyük rus şairi, təmsilçi, jurnalist İvan Andreyeviç Krılov 1768-ci il fevralın 13-də Moskva şəhərində anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və bir çox satirik əsərlər yazmış Krılova ədəbiyyat aləmində böyük şöhrət qazandıran gözəl təmsilləri olmuşdur.

Krılova qədər təmsil yalnız uşaq şeri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O, isə təmsili çox ciddi bədii bir əsər səviyyəsinə qaldırdı, ona hörmət qazandırdı və yaratdığı orijinal-klassik təmsilləri sayəsində məşhur bir şair oldu.

Rus xalqının ən böyük simaları, məsələn, böyük şair A.S.Puşkin, məşhur tənqidçi Belinski, yazıçı Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər, hətta Qoqol onun təmsillərini "rus xalqının hikmət kitabı" adlandırmışdır. Xalq ədəbiyyatı ilə yaxından  tanış olan, rus xalqının zəngin danışıq dilini dərindən bilən Krılov öz təmsillərini hər kəs üçün anlaşılan canlı bir dildə yazmışdır. O, rus xalqının atalar sözlərindən, məsəllərindən, nağıllarından istifadə edərək öz təmsillərini xalq ruhuna yaxınlaşdırmışdır. Bunun nəticəsində də Krılovun bir çox mənalı, hakimanə cümlə və fıkirləri artıq atalar sözü kimi rus dilinə daxil olmuşdur.

Krılovun təmsillərində iki xüsusiyyət vardır: tənqid və nəsihət. Onun təmsillərinin bir çoxu öz dövrünün ictimai nöqsanlarını, ayrı-ayrı hadisələri və tək-tək adamları tənqid edir. O, şeirlərindən birində deyirdi: "Yeri düşəndə nöqsanları qamçılamaqdan xoşum gəlir". Nöqsanları qamçılamaq Krılovun təbiətində idi. Tülkü, Qurd, Aslan, Ayı və s. simasında oxucunun gözləri qarşısında müxtəlif insanlar, insan qrupları və insan sinifləri gəlib keçir. Çar məhkəmələrindəki ədalətsizlik ("Kəndli və Qoyun"), hakimlərin xalqın dərdindən xəbərsizliyi ("Balıqların rəqsi"), qüvvətlilərin azğınlığı ("Qurd və Quzu", "Qurd və Duma"), varlıların nankorluğu ("Donuz palıd ağacı altında", "Yarpaqlar və Köklər") və s. həmin heyvanların simasında ifşa olunur.

Azərbaycanın maarifpərvər şairi Abbasqulu ağa Bakıxanov Krılovun "Eşşək və Bülbül" təmsilini sadə və aydm bir dildə tərcümə etmişdir. XIX əsrin sonlarından başlayaraq Krılovun təmsilləri Azərbaycanda dərs kitablarının zinəti olur. Krılovun ən gözəl tərcüməsini Mirzə Ələkbər Sabir və Abbas Səhhət vermişdır. Bu iki sənətkarın tərcüməsi böyük rus şairini həmişəlik olaraq Azərbaycan oxucularına sevdirmişdir. Sabirin tərcümə etdiyi "Qarğa və Tülkü" təmsili çox bədii olmaqla bərabər sadə və aydındır. Xüsusilə son misraları Krılovun təmsilinin əsas qayəsini qısa və aydın bir şəkildə ifadə etməkdədir:

 

Olmasaydı cahanda sarsaqlar

Ac qalardı yəqin ki, yaltaqlar.

Abbas Səhhət yalnız Krılovu deyil, başqa rus və Qərb şairlərini də eyni dərəcədə, yüksək bədii bir səviyyədə tərcümə etmişdir. Onun tərcümələrində sadəlik və aydınlıqdan başqa bir də təbiilik və axıcılıq vardır. Səhhətin tərcümələrini orijinal əsərlərindən seçmək çətindir ("Zəhmətkeş Ауı, "Qurd və Quzu", "Sazandalar" (“Квартет”), "Fil və Alabaş" və s.).

Krılovun təmsillərini azərbaycancaya tərcümə işində çox əmək sərf etmiş şairlərdən biri də qocaman ədib və müəllimimiz Abdulla Şaiqdir. Abdulla Şaiqin Krılovdan etdiyi ilk tərcümələr onun "Uşaq gözlüyü" adlı əlifba kitabında və M.Mahmudbəyovun "İkinci il qiraət kitabı"nda dərc edilmişdir.

 

İvan Andreyeviç Krılov 1844-cü il noyabrın 21-də Peterburqda vəfat etmişdir.