Qrim qardaşları Almaniyanın Hanau şəhərində məmur ailəsində dünyaya gəliblər. Böyük qardaş Yakob Qrimm (04.01.1785 – 20.09.1863) və kiçik qardaş Vilhelm Qrimm (24.02.1786 – 20.09.1863) lap kiçik yaşlarından ömürlərinin sonunadək çox mehriban və qaygıkeş olublar. Atalarını çox erkən yaşlarında (1796-cı il) itirən Qrimm qardaşlarına təhsillərini davam etdirməyə xalaları köməklik etmiş və onlar atalarının yolunu davam etdirmək üçün Marburq Universitetinə daxil olmuşlar. Hələ tələbəlik illərində qardaşlar alman və xarici ədəbiyyətın öyrənilməsinə maraq göstərməyə və çox keçmədən hər ikisi alman xalq mədəniyyətinin tədqiqatçıları və dilşünasları kimi tanınmağa başlayıblar. “Qrimm qardaşlarının nağılları” adı altında dərc olunan bir neçə məcmuə qısa müddət ərzində müəllifləri məşhur etmişdir. Bəzi alimlər Qrimm qardaşlarının nağıl yazmadıqlarını, sadəcə xalqın dilindən eşidiklərini düzəldib nağıl etdiklərini iddia edirlər ki, bu da təbiidir. Bu gün Qrimm qardaşlarının nağılları bir çox dünya dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə edilmişdir. Onların “Bremen musiqiçiləri”, “Çəkməli pişik”, “Qırmızı papaq”, “Canavar və yeddi keçi”, “Varlı və yoxsul” və s. nagıllarını kiçikdən böyüyə kimi hər kəs bilir və seve-sevə oxuyur.
Qeyd edək ki, son günlərinə qədər Berlin şəhərində yaşayan qardaşların “Uşaq və ailə nağılları” adlı məcmuəsi dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutmuşdur.