Musiqini Dinlə















Axtarış


Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« July 2016 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 21 İyun 2016 14:00

Körpələrimiz uşaq mahnılarını eşidərək böyüməlidir!

Yeni Ushaq Mahnilari 2013"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2013-cü ildə “Yeni uşaq mahnıları-2013” uşaq mahnılarının yazılması müsabiqəsini keçirib. Peşəkar münsiflər heyəti 19 peşəkar və həvəskar bəstəkarın təqdim etdiyi 77 mahnıdan ən yaxşılarını qalib elan edib. Qalib mahnılar artıq uşaq bağçalarının repertuarlarında öz yerlərini tutub və körpələrimiz tərəfindən sevilərək oxunur.

Bu günədək qalib mahnılara saytımızın “Müsabiqələr” bölməsində qulaq asa bilərdiniz. İndi isə sizlərə müsabiqədə qalib elan olunmuş mahnıların həm audio yazılarını, həm də notlarını təqdim edirik.

Qulaq asın və qulaq asdırın! Notardan istifadə edin! Vətənimizin layiqli vətəndaşlarının formalaşmasına dəstək olun! 

Çərşənbə axşamı, 07 İyun 2016 15:56

ELS yetirməsini təbrik edir

01.06.2016İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda  Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Uşaq bağçaları və uşaq evlərinin yetirlmələri rəngarəng mahnı və rəqslərlərdən ibarət konsert göstərdilər. Konsert nəinki azyaşlı tamaşaçılar və onların valideynlərinə, həm də gənc ifaçıların özlərinəböyük sevinc bəxş etdi. 

Konsertin ərsəyə gətirənlər arasında onun quruluşçu-rejissoru "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin keçirdiyi “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin “Yeni nəsl” nominasiyasının qalibi Səbinə Ağaşirinova olmuşdur. Səbinənin yazdığı uşaq nagılları, təmsil və şerləri, onlara çəkdikləri şəkillərlər www.meneviservetimiz.az saytının “İlk qələmlər” bölməsində yerləşdirilmişdir. İllər uzunu bağça müəlliməsi işləyən və körpələrə böyük məhəbbətlə yanaşan, indi isə İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbəsi olan Səbinə yenə də böyük həvəslə uşaq bayramının təşkilinə qatıldı və uğurlu bir nəticə əldə etdi. Təbrik edirik!  FOTOQALEREYA

01.06.2016-Bagcamiz

İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl TeatrdaUşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.

Mahnını yaradan Elşən Nicatı və Gülzar İbrahimovanı təbrik edirik!

 

  VİDEO

Çərşənbə, 11 May 2016 18:32

“ELS” ANS telekanalının canlı efirində

ans11may2016Sabahın gəlinlərini məhv etməyin

Mayın 11-də "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradəYaqubova ANS telekanalının“Deməsək olmaz” verilişinin qonağı olmuşdur.İradə İsaqın apardığı verilişdə bu gün Azərbaycanda qadın diskriminasiyası, doğulan uşaqların cinslərinə görə yaranmış mövcud vəziyyət müzakirə olunmuşdur. Qonaq qismində verilişdə İradə Yaqubova ilə yanaşı AMEA-nın Fəlsəfə və Hüqüq İnstitutunun əməkdaşı Zeynəddin Şabanov, Tibb Universitetinin “Mamalıq və ginekologiya” kafedrasının professoru Şahbaz Şahbazov və psixoloq Lalə Əhmədova iştirak etmişlər. Canlı efir gərgin müzakirələr ilə yadda qalmışdır.

 VİDEO     

Çərşənbə, 16 Mart 2016 19:12

Novruz bayramınız mübarək!

novruz-bayrami

Dostlar, 2013-cü ildə ELS-Müstəqil Araşdırmalar Mərkəzi uşaq mahnıları sahəsində olan boşluğu doldurmaq məqsədilə "Yeni uşaq mahnıları-2013" müsabiqəsini keçirib. Müsabiqəyə 77 mahnı təqdim olunmuş, on mahnı isə peşəkar münsiflər heyəti tərəfindən qalib elan edilmişdi. Qalib mahnılar Gənc Tamaşaçılar Teatrında 19.12.2013 tarixində qala-konsertdə təqdim olunmuşdur. Qalib mahnılardan biri bugünkü bayramla həmahəngdir. Bu Səadət Fərziyevanın "Xoş gəlmisən, Novruzum!" mahnısıdır. Görüntülər qala-konsertdən bir parçadır. İfaçılar isə Nizami rayonunun Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Azəri inciləri" kollektivinin solistləridir. Ümidvaram ki, mahnı bayram əhvalını yaradacaq. Hamınızın bayramı mübarək!

VİDEO 

Çərşənbə, 20 Yanvar 2016 09:04

Azərbaycan xalqı 20 Yanvar qurbanlarını yad edir

20-YanvarBu gün Azərbaycan xalqının şanlı səhifəsinə çevrilmiş 20 Yanvar qanlı hadisələrindən 26 il ötür. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilmədiyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.
1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr sovet imperiyasının xalqımıza qarşı törətdiyi cinayət 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması ilə nəticələndi və Azərbaycan xalqının tarixinə qürur və şərəf mübarizəsi kimi daxil oldu...

1 -dən səhifə 71