Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 10 İyun 2013 06:10

ELS yeni layihənin təqdimatını keçirtdi

1-DSC08978İyunun 7-də ELS-Müstəqil Araşdırmalar Mərkəzi AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə cari ilin iyunun 1-dənhəyata keçirilən “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsinin təqdimatını keçirmişdir.

Tədbiri açan layihənin rəhbəri İradə Yaqubova mövcud milli uşaq mahnıları bazasından hazırda səmərəli istifadə edilməməsi, onların səsləndirilməməsi və təbliğ olunmadığı nəticəsində bu boşluğun böyüklər üçün yazılmış mahnılarla doldurulması ilə nəticələnməsi, uşaqlar üçün mahnıların yazılmasının gəlirli olmaması səbəbindən bəstəkarların bu sahəyə, yəni yeni mahnıların və ya köhnə mahnıların müasir aranjmanda yazılmasına həvəsləri xeyli azalmasını qeyd etmişdir.

Digər tərəfdən ELS-in 2011-ci ilin yanvar ayından bugünədək apardığı araşdırmalar zamanı gənc və yaşlı nəsil tərəfindən incəsənətin rolunun müstəsna rola malik olması, uşaqların təlim-tərbiyyəsində və formalaşmasında uşaq mahnılarının zəruri olması, bu sahədə isə vəziyyətin çox pis kimi qiymətləndirilməsi müəyyənləşdirilmişdir. Uşaq üçün ilk günündən dünyaya bələdçi rolunu oynayan mahnıların onun fiziki, əqli və mənəvi cəhətdən inkişafına və dünya görüşünə bilavasitə təsir edən uşaq mahnılarının bəstələnməsi, yayılması və populyarlaşdırılması məsələlərinin həllinə yönəldilmiş müsabiqələr, yeni aranjmanda yazılmış uşaq mahnılarının diskləri və minusovkalarının buraxılışı həyata keçirilməlidir və bu məsələdə dövlət qurumlarının dəstəyi vacibdir”, - deyə, layihə rəhbəri əlavə etmişdir.

İ.Yaqubova layihə çərçivəsində uşaq mahnılarının bəstələnməsi müsabiqəsinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Məqsəd yetişən uşaq mahnılarının yazılmasına müasir bəstəkarların marağını oyatmaq, gənc bəstəkarları cəlb etmək, müasir dövrə həmahəng və bu günkü uşaqlara maraqlı olan uşaq mahnılarının yaradılmasına təkan verməkdir.

Təqdimat mərasimində müsabiqə ilə bağlı incəsənət xadimlərindən, o cümlədən Azərbaycan Dövlət Konservatoriyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarlar Oqtay Zülfüqarov, Oqtay Rəcəbov və Mehriban Əhmədova, şairlər Baba Vəziroğlu, Vahid Əziz, professor Minarə Dadaşova, Musiqi Kollecinin direktoru Nazim Kazımov, rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov, yazıçı Gülzar İbrahimova və layihənin rəhbəri İradə Yaqubovadan ibarət münsiflər heyətı formalaşdı. Oqtay Zülfüqarov və Gülnaz Abdullazadə münsiflər heyətinə həmsədr seçildilər.  

Qeyd edək ki, müsabiqədə peşəkarlarla yanaşı, həvəskar bəstəkar və şairlər də iştirak edə bilər. Müsabiqəyə təqdim olunan mahnılar uşaqların gündəlik həyatını, vətənpərvərliyi, dostluğu və sair mənəvi keyfiyyətləri əhatə etməlidir. Təqdim olunan mahnılar müsabiqəyə qədər heç yerdə səslənməməlidir. Mahnı deviz altında not, audio yazı və yaxud canlı ifanın video və audio yazı şəklində təqdim oluna bilər. Təqdim olunan mahnıların münsiflər heyətində baxılması zamanı müəllifin anonimliyinə tam zəmanət verilir. Qaliblərin obyektiv şəkildə təyin olunması üçün seçilmiş mahnılar sosial şəbəkələrdə səsverməyə çıxarılacaq. Müsabiqənin qaliblərinin mükafatlandırlıması nəzərdə tutulmuşdur və qalib mahnılar müsabiqənin yekun konsertində səsləndiriləcək. Mahnılar 2013-cü ilin 30 sentyabr tarixinə qədər müsabiqənin Təşkilat Komitəsinə təqdim olunmalıdır. Müsabiqəyə təqdim olunmuş materiallar geri qaytarılmır.

2-DSC08114 7-DSC08126  3-DSC08104
4-DSC08054  8-DSC08152 5-DSC08074
 9-DSC08211  11-DSC08586  10-DSC08239
 13-DSC08782  6-DSC08123  14-DSC08300
     
     
     
     
     
     

 

Oxunub 1222 dəfə