Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« September 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
            1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30            

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə, 20 Dekabr 2013 14:38

“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti

19.12.2013Dekabrın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi 2013-cü il iyunun 1-dən Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyədəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində start verdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konserti keçirildi.

 

 

 

FOTOQALEREYA

 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan gecə layihənin təqdimatı, ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradəYaqubovanın, Münsiflər Heyətinin həmsədrləri Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov və Azərbaycanın əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadənin tədbir iştirakçılarını salamlaması ilə davam etdi. Sonra qalib mahnıların müəlliflərinin mükafatlandırılması mərasimi keçirildi.

“Yeni uşaq mahnıları-2013” müsabiqəsinin qalib-mahnılarını Azərbaycan Dövlət Televiziyasının “Bənövşə” uşaq teatrı, Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin “Azəri inciləri” kollektivi, “Gülən notlar”, “Kəpənəklər” və “Nağıllar” mahnı kollektivləri, “Aysel” mahnı teatrı və digər kollektivlərin solistləri ifa etdilər.

Gecənin qonaqları Azərbaycan Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyinin Hərbi Orkestri, Azərbaycan Dövlət Kukla Teatrının aktyorları, Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Cücələrim” mahnı və rəqs ansamblı, “Təbəssüm” rəqs qrupu maraqlı musiqi nömrələrlə çıxış etdilər.

“Laylalar” nominasiyasının qalibi olmuş “Ana laylası” mahnısının Azərbaycanın əməkdar artisti Gülyanaq Məmmədovanın ifasında səsləndirilməsi hər kəsi heyran etdi.

“Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin yekun konsertinin sonunda uşaqlar birlikdə “Dostluq himni”ni ifa etdilər.

Qeyd edək ki, gecədə bir çox dövlət strukturları və beynəlxalq təşkilatlar və ictimaiətin təmsilçiləri iştirak edirdi.

Əlaqə telefonları: (012) 408 18 89; (050/055) 334 10 14

 VİDEO

 

 

Oxunub 1274 dəfə