ELS yetirməsini təbrik edir
İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl Teatrda Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Uşaq bağçaları və uşaq evlərinin yetirlmələri rəngarəng mahnı və rəqslərlərdən ibarət konsert göstərdilər. Konsert nəinki azyaşlı tamaşaçılar və onların valideynlərinə, həm də gənc ifaçıların özlərinəböyük sevinc bəxş etdi.
Konsertin ərsəyə gətirənlər arasında onun quruluşçu-rejissoru "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin keçirdiyi “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin “Yeni nəsl” nominasiyasının qalibi Səbinə Ağaşirinova olmuşdur. Səbinənin yazdığı uşaq nagılları, təmsil və şerləri, onlara çəkdikləri şəkillərlər www.meneviservetimiz.az saytının “İlk qələmlər” bölməsində yerləşdirilmişdir. İllər uzunu bağça müəlliməsi işləyən və körpələrə böyük məhəbbətlə yanaşan, indi isə İncəsənət Universitetinin rejissorluq fakultəsinin tələbəsi olan Səbinə yenə də böyük həvəslə uşaq bayramının təşkilinə qatıldı və uğurlu bir nəticə əldə etdi. Təbrik edirik! FOTOQALEREYA
ELS-in keçirdiyi müsabiqənin qalib mahnısı Yaşıl Teatrın səhnəsində
İyun ayının 1-də Bakı Şəhər İcra Hakimiyyəti Yaşıl TeatrdaUşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş konsertlər silsiləsinə start verdi. Konsertdə “Yeni Uşaq Mahnıları-2013” müsabiqəsinin qaliblərindən biri olan Gülzar İbrahimovanın sözlərinə Elşən Nicatın bəstələdiyi “Bağçamız” mahnısı da uşaqların ifasında böyük həvəslə səslənmiş və dinləyicilərin gurultulu alqışlarına layiq görülmüşdür. Qeyd edək ki, bu və müsabiqənin digər qalib mahnıları artıq bağçalarımızda populyarlaşıb və ifa olunurlar.
Mahnını yaradan Elşən Nicatı və Gülzar İbrahimovanı təbrik edirik!