Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

15.04.2012Aprelin 15-də “ELS” Müstəqil Araşdırma Mərkəzinin rəhbəri İradə Yaqubova hər bazar “Space” telekanalının canlı efirində yayımlanan “Mən böyümüşəm” uşaq verilişinin qonağı olub. Ətraf mühitin təmizlənməsinə həsr olunmuş buraxılışda İ.Yaqubova uşaqlara ətraf mühitlə bağlı zəruri biliklər, təhlükəsizliklərini təmin edəcək məsləhətlər və mövzuyla bağlı ədəbiyyat oxumağı məsləhət verib.

Qeyd edək ki, hər bazar Space-in canlı efirində yayımlanan “Mən böyümüşəm” uşaq verilişində aktual mövzular müzakirə olunur.

13aprel

1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə Vergilər Nazirliyinin təşəbbüsü və Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Rəsm Qalereyasının dəstəyi ilə «Vergilər uşaqların gözü ilə» adlı onuncu rəsm müsabiqəsi keçiriləcək. “APA-ECONOMICS”in  məlumatına görə, gənc nəslin vergi haqqında anlayış və biliklərini artırmaq, gələcəyin potensial vergi ödəyicilərinə vergi mədəniyyəti aşılamaq istiqamətində hər il təşkil olunan bu sərgilərdə məqsəd vergi haqqında biliklərin uşaqların başa düşə biləcəyi formada onlara çatdırılmasından ibarətdir.

11.04.2012Uşaq verilişləri ilə bağlı ölkə teleməkanında müşahidə olunan vəziyyət heç də ürəkaçan deyil

Aprelin 11-də “Caspian Plaza” Biznes Mərkəzinin konfrans zalında “ELS” Müstəqil Araşdırmalar Mərkəzi “Azərbaycan efir məkanının gənc nəslin formalaşmasına təsiri: problemlər, risklər və həlli yolları” adlı dəyirmi masa keçirib. Tədbirdə, dövlət qurumları, ictimaiyyət və KİV təmsilçiləri ilə yanaşı İTV, LİDER, SPACE, ANS, Dünya TV-nin səlahiyyətli şəxsləri də iştirak edib. ELS-in rəhbəri İradə Yaqubova 2012-ci ilin 16 yanvar tarixindən başlayaraq bir ay müddətində ölkə efir məkanının uşaq və gənclər proqlamlarının monitorinqinin aparıldığını və bir il əvvəl, 2011-ci ilin yanvar-fevral ayında aparılmış araşdırmanın nəticələri ilə müqayisə olunduğunu bildirib. 

FOTOQALEREYA

13.04.2012 Nizami_UGIMAprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin hesabat konserti keçirildi.  Konsertdən əvvəl nümayiş olunan Mərkəzin fəaliyyəti haqqında filmdə uşaqların asudə vaxtlarının necə keçirdikləri, qazandıqları uğurlar və gündəlik fəaliyyətləri göstərildi.

 

 

 

 

 

FOTOQALEREYA

ushaq-konserti-H.Eliyev-sarayindaAprelin 10-da Heydər Əliyev Sarayında Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin konserti keçiriləcək. Bu barədə educult.az Uşaq Portalına sözügedən təşkilatın rəhbəri Lalə Qəti bildirib.

Onu sözlərinə görə, tədbirdə dərnəyin 1700 üzvündən 200-ü çıxış edəcək: “Hazırda konsert üçün davamlı məşqlər gedir. Bu, bizim hesabat xarakterli konsertimizdir”. Konsertdən əvvəl mərkəz haqqında filmin nümayiş etdiriləcəyini deyən Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru aprelin 10-da keçiriləcək “Bizim uşaq dünyamız” adlanan konsert proqramında “Azəri inciləri” mahnı və rəqs kollektivi, milli rəqs, bal rəqsləri qrupu, mahnı teatrı, vokal qrupu, uşaq teatr qrupu və gimnastlar qrupu, xalq çalğı alətləri ansamblı, nağaraçalanlar və sazçalanlar qrupunun səhnəyə çıxacağını vurğulayıb.

Qeyd edək ki, konsert saat 15-00-da başlayacaq. Artıq satışa çıxarılan biletlərin qiyməti 5-10 AZN-dir. 

sara-baqcada-konsert“Qafqaz” Azərbaycan - Türkiyə Özəl Gimnaziyasında məktəbəqədər uşaqların “My lovely English” adlı proqramı təşkil olunub. Lent.az-ın verdiyi məlumata görə, tədbirdə uşaqlar ingilis dilində çıxışlar edib, mahnılar səsləndirib, maraqlı səhnəciklər və rəqslər nümayiş etdiriblər. Balacalar ingilis dilində səhnələşdirilmiş cizgi film qəhrəmanlarını da tamaşaçılara təqdim ediblər.