Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« March 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bank of_BakuAzərbaycanın “Bank of Baku” ASC uşaqların yaradıcılıq potensialını həvəsləndirmək məqsədilə http://www.facebook.com/bankofbaku korporativ sosial şəbəkəsində rəsm müsabiqəsinə start verir. Bankdan “APA_Economics”ə verilən məlumata görə, “Mənin bankım” adlı rəsm müsabiqəsinə 8-12 yaş arası uşaqlar iştirak etməyə dəvət olunur.

Rəsmdə uşaqlar “Bank of Baku”nu necə təsəvvür etdiklərini əks etdirməlidirlər. Rəsmlərdə bankın inzibati binası, işçiləri, müştərilər, habelə bankomat və ya ödəniş terminalları ilə həyata keçirilən müxtəlif maliyyə əməliyyatları təsvir edilə bilər. Valideynlər övladlarına bankın nə kimi maliyyə təsisatı olduğunu ətraflı izah etməkdə sərbəstdir. Aparılacaq səsvermə nəticəsində ən çox “Like” toplamış 10 rəsm əsərindən bankın münsiflər heyəti 3 qalibi müəyyən edəcək. 1-ci yerin qalibi 500 manat, ikinci yerin qalibi 300 manat, üçüncü yerin qalibi isə 200 manat qazanacaq. Bu qaliblərdən başqa, göndərilmiş rəsmlər arasından bankın münsiflər heyətinin simpatiyasını qazanmış bir rəsm müəllifi 600 manat əldə edəcək.

zorakiliqMilli Məclisdə “Uşaqlara qarşı zorakılıq: səbəblər və onların aradan qaldırılması” mövzusunda beynəlxalq konfrans keçirilib. APA-nın məlumatına görə, tədbirdə Milli Məclisin rəhbərliyi, deputatlar, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, beynəlxalq ekspertlər, QHT rəhbərləri iştirak edib.

Milli Məclisin (MM) sədr müavini Bahar Muradova tədbirin əhəmiyyətindən danışaraq deyib ki, MM uşaqlara qarşı zorakılıq problemi ilə bağlı Avropa Şurası ilə əməkdaşlıq edir. O, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq” proqramı çərçivəsində Azərbaycanda keçirilən tədbirlər haqqında da danışıb.

ABS mktbABŞ-ın Azərbaycandakı səfirliyi və Kaunterpart İcma və Humanitar Yardım üzrə təşkilatı, Bakının Mərdəkan qəsəbəsində yerləşən, Kəlbəcər, Ağdam, Xocalı, Laçın rayonlarından olan aztəminatlı çoxuşaqlı məcburi köçkün ailələrindən olan 147 uşağın təhsil aldığı 14 saylı orta məktəbin təmir olunmuş sinif otaqlarını şagirdlərə təhvil verib. Səfirlikdən APA-ya verilən məlumata görə, bərpa layihəsi ABŞ Dövlət Departamentinin Avrasiya Humanitar Proqramı Fondu tərəfindən maliyyələşdirilib. Məlumata görə, ilk əvvəl məktəbin binası yay düşərgəsi məqsədləri üçün istifadə olunub. Məktəbin binası səkkiz otaqdan ibarətdir, otaqların dördü 1970-ci ildə tikilib. Digər beş otağın təmirə ehtiyacı olduğuna görə istifadəsi çətinlik törədib.

Beynelxalq Inovasiya_merkezinin_yubileyiAprelin 28-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin yaranmasının 10-cu ildönümü münasibətilə yubiley tədbiri keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mərkəzin rəhbərliyi, müəllimləri, burada təhsil alan şagirdlər və onların valideynləri, mərkəzin məzunları, Təhsil Nazirliyinin, müxtəlif ali məktəblərin nümayəndələri iştirak edib.

Təhsil Nazirliyi Aparatının rəhbəri İlham Pirməmmədov Mərkəzin kollektivini təbrik edib və nazir Misir Mərdanovun 28 aprel 2012-ci il tarixli sərəncamını oxuyub. Sərəncama əsasən, Mərkəzin bir qrup müəllimi fəxri fərman və qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunublar. Təltif edilənlər arasında Mərkəzin direktoru Vəfa Məmmədova da var. Daha sonra Mərkəzdə təhsil alan şagirdlər müxtəlif mahnılar səsləndirib, rəqslər ediblər. Tədbirdə Mərkəzin 10 illiyi münasibətilə hazırlanmış film və süjetlər də nümayiş etdirilib.

ushaqlar29Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində Təhsil Nazirliyi tərəfindən tikilmiş ailə əsaslı kiçik qrup evi istifadəyə verilib. Nazirlikdən APA-ya verilən məlumata görə, kiçik qrup evi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində Təhsil Nazirliyi ilə “Hilfsverk Avstriya” beynəlxalq təşkilatı tərəfindən həyata keçirilən “Himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə modelin işlənib hazırlanması” layihəsi çərçivəsində yaradılıb. Kiçik qrup evinin yaradılmasında məqsəd övladlığa və ya himayədarlığa verilənədək uşağa ev şəraitində fərdi və inkişaf planında nəzərdə tutulmuş qaydada qayğı göstərməkdən ibarətdir.

28.04.2012Aprelin 28-də Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Əməkdar mədəniyyət işçisi”, "İlin ən yaxşı uşaq kitabı", "Vətən", "Qızıl qələm", "Araz" və s. mükafatların laureatı, şair-publisist Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunmuş “Uşaq dünyası işığı” adlı ədəbi-bədii gecə keçirilib.

Valideynlər, müəllimlər və uşaqların iştirak etdiyi bu tədbirdə şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi, yazdığı şerlər və mahnılar məktəbdənkənar müəssisənin yetirmələrinin ifasında səsləndirildi. Uşaqlar müxtəlif suallarla şairə müraciət etdi və onun kitablarından ibarət sərgi ilə tanış oldular.

FOTOQALEREYA