Səhifəni çap et
Cümə, 01 İyun 2012 15:11

Uşaqların da pasportu olacaq

pasportAzərbaycanda 18 yaşadək uşaqlara da pasport veriləcək, pasportun verilmə müddəti isə 1 aydan 10 iş gününə endirilir 

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsi ilə İqtisadi Siyasət Komitəsinin birgə iclası keçirilib. 
APA-nın məlumatına görə, iclasda bir sıra məsələlərlə yanaşı, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər müzakirə edilib.

Dəyişikliklərə əsasən, ümumvətəndaş pasportlarının verilməsi müddəti 1 aydan 10 iş gününə endirilir. Vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırılmasını nəzərdə tutan müddəa qanundan çıxarılır.

Ümumvətəndaş pasportları 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara veriləcək. Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illik müddətə verilməsi nəzərdə tutulur. Xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Oxunub 1963 dəfə