Rəsmlər mayın 1-dən 20-nə kimi qəbul edilir. Mayın 21-dən iyunun 10-na kimi isə səsvermə keçiriləcək.
Skan edilmiş rəsmlər bu elektron ünvana göndərilməlidir: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. . Göndərilən hər bir rəsmin alt hissəsində müəllifin adı, soyadı, atasının adı, habelə yaşı və əlaqə nömrəsi qeyd edilməlidir. Eyni zamanda rəsmdə “Bank of Baku”nun adı da əks olunmalıdır. Üstəlik onu da qeyd edək ki, müsabiqə zamanı müəyyən edilmiş 12 ən yaxşı rəsm Bank of Baku-nun 2013-cü il üçün korporativ təqviminə daxil ediləcək.
Diqqət: müsabiqə zamanı rəsmi bəyənilərək seçilmiş müəlliflər banka dəvət edilərək öz rəsm qabiliyyətini bir daha isbat etməli olacaqlar. Rəsm çəkilərkən valideynlərin uşaqlara yalnız şifahi tövsiyələri mümkündür.
Nəzərinizə çatdıraq ki, Bank of Baku əməkdaşlarının ailə üzvləri və xaricdə yaşayan şəxslər müsabiqəyə buraxılmır. Müsabiqənin təfsilatları ilə yaxından tanış olmaq üçün Bank of Baku-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq mümkündür. Bank of Baku istənilən sualı onlayn rejimdə də cavablandırır. Bunun üçün Bank of Baku–nun www.bankofbaku.com və ya sosial şəbəkə səhifəsi - www.facebook.com/bankofbaku.com-a baş çəkmək kifayətdir.