Nazirin sözlərinə görə, bu layihədən Quba və İsmayıllı rayonlarında artıq 120 ailə yararlanıb. Layihə çərçivəsində 35 uşağın dövlət müəssisəsinə getməsinin qarşısı alınıb. Qubada 6, İsmayıllıda isə 7 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaq orta məktəbə göndərilib. Füzuli Ələkbərov bildirib ki, “Səyyar reabilitasiya xidmətləri” layihəsi pilot layihə olub gələcəkdə digər rayonlarda da keçirilməsi nəzərdə tutulur. Bu layihə üçün 35 min manat vəsait ayrılıb.
Xatırladaq ki, “Səyyar reabilitasiya xidmətləri” layihəsinin icrasına 2008-ci ildə başlanılıb. Layihənin əsas məqsədi əlil uşaqların dövlət müəssisələrinə getməsinin qarşısını almaq, onlarla düzgün ünsiyyət qurmağın yollarını araşdırmaq və əlil uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.