Səhifəni çap et
Cümə axşamı, 05 Aprel 2012 11:00

“Ən çox sevdiyim idman növü” mövzusunda respublika rəsm müsabiqəsi qalibləri mükafatlandırılıb

resm qalereyasiBu gün Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” rəsm qalereyasında “Ən çox sevdiyim idman növü” mövzusunda ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş respublika rəsm müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda idmana sevgi oyatmaq, onlarda yaradıcılıq həvəsini artırmaqdır. Nazir müavini deyib ki, müsabiqə məktəb, rayon və respublika mərhələsi üzrə keçirilib: “Müsabiqənin respublika mərhələsinə 200-dən çox rəsm işi təqdim edilib. Qaliblər tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən seçim aparılaraq müəyyənləşdirilib”.

Tədbirdə müsabiqənin respublika mərhələsində I, II və III yerləri tutan 15 və həvəsləndirici yerlərə layiq olan 10 nəfərə Təhsil Nazirliyinin diplom və hədiyyələri təqdim edilib.

Oxunub 2228 dəfə