Səhifəni çap et
Cümə axşamı, 29 Dekabr 2011 13:56

"Xoş gəlmisən Təzə İI"

28.12.2011Dekabrın 28-də 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində "Xoş gəlmisən Təzə il” adı altında Yeni il şənliyi keçirilmişdir. Şənlikdə Mərkəzin "Nağıl və debat", "Erudit", "Günəş" rəsm studiası, rəqs qrupu, "Folklor" dərnəyi, Pontomima teatrının aktyorları, şən klounlar, şaxta baba və qar qız iştirak etdi.

Mərkəzin akt zalında yolka qurulmuş, bayraqlar, plakatlar, stendlərlə bəzədilmiş, xüsusi ayrılmış yerlərdə Mərkəzin "Günəş" rəsm studyasının üzvlərinin, qışı və yeni ili təsvir edən əl işləri sərgilənmişdi.

Tədbirdə Nəsimi, Nərimanov, Yasamal, Səbail, Xətai və Binəqədi rayonlarının 44, 47. 54, 100, 111 və 258 saylı məktəblərinin şagirdləri iştirak etdilər.

Oxunub 2371 dəfə