Yanvarın 10-da Rəşid Behbudov adına Mahnı Teatrında Bakı Uşaq Teatrının “Günay” Uşaq Teatr Studiyasının Yeni il bayram konserti keçirilib. Şaxta Baba, Qar Qız, 2020-ci ilin sahibləri-siçanlar Mikki və Mini Mausla mübarizə aparan məşhur pişiklər Leopold, Bazilio və Tomun rəngarəng cıxışlarından sonra əsl “ulduzlu” konsert başladı.
Dekabr ayında Moskvada keçirilmiş “GOLD OF NATIONS” beynəlxalq festivaldan müxtəlif dərəcəli diplomlarla qayıdan 20 laureat tamaşaçıları mahnı, rəqs və teatr səhnəciklərindən ibarət maraqlı proqramla sevindirdilər.
FOTOQALEREYA

Kiçik və böyüklər bir neçə saat davam edən və hamını janrların müxtəlifliyi ilə heyrətə gətirən möhtəşən Yeni il tamaşasını heyranlıqla seyr etdilər. Bu, əsl ulduz-laureatların konserti idi.
Qeyd edək ki, Günay Teatrının xoreoqrafı Günəş Talıbova, rəhbəri və rejissoru isə Larisa Tarusovadır.