Səhifəni çap et
Çərşənbə, 30 Oktyabr 2019 15:14

Moskvada Nəsiminin heykəlinin açılışı olacaq

142134ffcc402eb01f8a6e3aaee23053Oktyabrın 30-da Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı iləAzərbaycanın mütəfəkkir şairi İmadəddin Nəsiminin heykəlinin açılış mərasimi keçiriləcək. İmadəddin Nəsiminin abidəsi M. İ. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının Atriumunda ucaldılıb. Məlumatı “Vestnik Kavkaza” yayıb.

 

Bu il orta əsrlərin ən görkəmli şairlərindən biri, Hurufizmin davamçısı, mistik şair və mütəfəkkir İmadəddin Nəsiminin anadan olmasının 650 ili tamam olur. Şair Azərbaycan, fars və ərəb dillərində yazıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda 2019-cu il Nəsimi ili elan olunub.

Oxunub 1326 dəfə