Səhifəni çap et
Çərşənbə axşamı, 22 Oktyabr 2019 18:47

Nəsiminin Vətəni Şamaxıda 50 minədək ağac əkiləcək

shamaxi 191019 03Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Şamaxı rayonunda 50 minədək ağac əkiləcək. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib.

RİH-dən bildirilib ki, artıq ağacların əkilməsi üçün yerlər müəyyən edilib. Onların 9 ərazidə əkilməsi nəzərdə tutulur.

Kütləvi ağacəkmə tədbirlərinə hazırlıq məqsədilə ağacların əkiləcəyi sahələr hamarlanır, çalalar qazılır. Bununla yanaşı, əkiləcək ağacların suvarılması üçün infrastrukturun qurulması istiqamətində işlər görülür.

Oxunub 1296 dəfə