Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Cümə axşamı, 03 Oktyabr 2019 16:50

“Pəncərədən düşən işıq” sənədli filminin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb

w-161569947109577140511-1000x669Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub. Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

“Pəncərədən düşən işıq” sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. “Pəncərədən düşən işıq” filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu “Pəncərədən düşən işıq” filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs “Pəncərədən düşən işıq“ filminə “YouTube” kanalında baxa bilər.

Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır”.

Xatırladaq ki, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

Oxunub 1304 dəfə