Səhifəni çap et
Cümə axşamı, 23 May 2019 14:59

Azərbaycan Dövlət Uşaq Filarmoniyası əsaslı təmirdən sonra istefadəyə verilib

uşaq filarmoniyasıMayın 21-də Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılış mərasimi keçirildi. Bu barədə məlumat Azərbaycan Mədəniyyət Nazirliyinin  http://mct.gov.az/az rəsmi saytında dərc olunub.

Rəsmi hissədən sonra Uşaq Filarmoniyasının təşkil etdiyi rəngarəng konsert proqramı təqdim edildi. Proqramda uşaqlar tərəfindən təqdim olunan rəqs, teatr səhnəcikləri, vokal və muğam nömrələri böyük alqışlarla qarşılandı.

Qeyd edək ki, ötən il təmirə bağlanan Azərbaycan Dövlət Uşaq Filarmoniyası yeni avadanlıqlarla təmin edilib, məşğələ zalları və böyük konsert zalı yenilənib. Kollektivə rəqs qrupları üçün yeni kostyumlar hədiyyə edilib.

Hazırda filarmoniyada Folklor mahnı və rəqs ansamblı, Xalq çalğı alətləri ansamblı, Xor kollektivi, Uşaq teatrı, Kamera ansamblı, Nəfəsli alətlər ansamblı, Bacarıqlı əllər rəsm dərnəyi, Gənclər simfonik orkestri, Gənclər xalq çalğı alətləri orkestri fəaliyyət göstərir.

Oxunub 1567 dəfə