Səhifəni çap et
Çərşənbə, 15 May 2019 18:22

Musiqi kollektivləri məşqlərə başladı

20190515Oqtay Zülfüqarov-90

Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illiyi ilə bağlı ELS Müstəqil Araşdırmalar Mərkəzinin keçirəcəyi qala-konsertə hazırlıq işləri çərçivəsində tədbirdə iştirak edəcək musiqi kollektivləri məşqlərə başlayıb.

 

Layihənin işçi qrupu 14-15 may 2019-cu il tarixlərində Respublika İncəsənət Gimnaziyasında xormeyster Validə Cəlilovanın rəhbərlik etdiyi musiqi kollektivinin məşqlərində iştirak edib.

Xatırladaq ki, Oqtay Zülfüqarovun uşaq mahnılarından ibarət qala-konsert iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ELS Müstəqil Araşdırma Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində keçiriləcəkdir.

Oxunub 1470 dəfə