Səhifəni çap et
Çərşənbə, 08 May 2019 16:33

Layihəmiz davam edir

ELSELS Müstəqil Araşdırmalar Mərkəzinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “Mədəni-mənəvi irsimizin qorunması və təbliğinə ictimai dəstəyin təşkili” layihəsi çərçivəsində xalq artisti, bəstəkar Oqtay Zülfüqarovun 90 illik yubileyinə hazırlıq işləri uğurla davam edir.

Xatırladaq ki, dahi bəstəkar Oqtay Zülfüqarovun yubileyinə həsr olunmuş qala-konsert cari ilin iyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçiriləcəkdir.

Mayın 1-də start götürən layihə çərçivəsində qala-konsertdə ifa ediləcək əsərlərin və ifaçıların seçimi, konsert proqramının və ssenarinin tərtibi prosesi artıq başa çatıb. Qala konsertdə səslənəcək mahnı və rəqslərin arajımanı olunur, yaxın günlərdə səsyazma studiyalarında audio yazılar ediləcək.

Qala konsertin iştirakçıları, o cümlədən 2 və 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzləri, Respublika İncəsənət Gimnaziyasının mahnı və rəqs kollektivləri artıq məşqlərə başlayıb.

Qeyd edək ki, 3 ay (may-iyul) davam edəcək layihənin gedişatı KİV-lərdə, İB-nin veb və “Facebook” səhifələrində işıqlandıracaqdır.

Oxunub 1514 dəfə