Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« April 2024 »
Mon Tue Wed Thu Fri Sat Sun
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30          

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Çərşənbə axşamı, 30 Aprel 2019 18:35

Dövlət Komitəsindən dinin ali məktəblərdə məcburi tədrisi ilə bağlı məlumatlara münasibət

Dovlet Komitesi dinYeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Əslində bu fənn 2015-ci ildən ali məktəblərdə seçmə fənn kimi tədris edilirdi. Lakin indi bu fənnlə bağlı ciddi dəyişikliklər baş verəcək. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Trend-ə Qafqaz Müsəlmanları İdarəsində Ramazan ayının başlaması ilə bağlı keçirilmiş tədbirdə Komitə sədri Mübariz Qurbanlının söylədiyi fikirləri şərh edərkən bildirilib.

Onun sözlərinə görə, bu fənnin tədrisi üçün dərslik vəsaiti Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin rəhbərliyi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə hazırlanır: "Dərs vəsaiti üzərində işlər davam edir. Dərslik iki hissədən ibarətdir: multikulturalizm bölməsi və dinlər, dini durum, milli-mənəvi dəyərlərimiz və s. mövzuları əhatə edən digər bölmə.

Fənnin tədrisində əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır. Kitabın müəllifləri arasında dövlət qurumlarının əməkdaşları, ilahiyyatçılar, ali məktəb müəllimləri və bu sahənin digər peşəkar mütəxəssisləri də var. Bu fənn orta məktəblərdə deyil, ali təhsil ocaqlarında tədris olunacaqdır.

Orta məktəblərə gəlincə, böyüməkdə olan nəslin milli-mənəvi dəyərlərimizə uyğun formalaşması istiqamətində bütün zəruri tədbirlər görülür. Eyni zamanda neçə illərdir ki, orta məktəblərdə “Həyat bilgisi” adlı fənn tədris olunur. Bu fənn çərçivəsində şagirdlərə dinlərlə bağlı məlumatlar da verilir. Hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır. Bir sözlə, söhbət orta məktəblərdə dinin tədrisindən yox, dinlərlə bağlı ilkin biliklərin verilməsindən gedir. Bu sahənin təkmilləşdirilməsi istiqamətində gələcəkdə də işlər davam etdiriləcəkdir. Azərbaycanla yanaşı, digər ölkələrdə də belə təcrübələr var. Hətta bir sıra ölkələrdə bütün dinlər (səmavi və digərləri) barədə orta təhsil müəssisələrində ayrıca dərslər keçirilir.

Oxunub 1475 dəfə