Səhifəni çap et
Çərşənbə axşamı, 21 İyun 2016 15:00

Körpələrimiz uşaq mahnılarını eşidərək böyüməlidir!

Yeni Ushaq Mahnilari 2013"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2013-cü ildə “Yeni uşaq mahnıları-2013” uşaq mahnılarının yazılması müsabiqəsini keçirib. Peşəkar münsiflər heyəti 19 peşəkar və həvəskar bəstəkarın təqdim etdiyi 77 mahnıdan ən yaxşılarını qalib elan edib. Qalib mahnılar artıq uşaq bağçalarının repertuarlarında öz yerlərini tutub və körpələrimiz tərəfindən sevilərək oxunur.

Bu günədək qalib mahnılara saytımızın “Müsabiqələr” bölməsində qulaq asa bilərdiniz. İndi isə sizlərə müsabiqədə qalib elan olunmuş mahnıların həm audio yazılarını, həm də notlarını təqdim edirik.

Qulaq asın və qulaq asdırın! Notardan istifadə edin! Vətənimizin layiqli vətəndaşlarının formalaşmasına dəstək olun! 

Oxunub 3271 dəfə