Səhifəni çap et
Çərşənbə, 08 Aprel 2015 09:32

“Təbəssüm” Gürcüstandan qələbə ilə qayıdıb

08.04.2015"Təbəssüm" Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədə iştirak edib. Azərbaycanı bu festivalda təmsil edən “Təbəssüm” Turacı və Baskalı rəqsləri ilə I yeri qazanıb. Baskalı rəqsinin  quruluşuna görə xoreoqraf Rəşidə Məmmədova 1-ci yere, “Təbəssüm” Uşaq Teatrının müdiri Əminə Musayeva isə ən yaxşı təşkilatçı kimi mükafata layiq görülüb.  

Aprelin 3-5-də keçirilən festival-müsabiqə Gürcüstan Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstan Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqraf Natalya Diqmelaşvilinin təşkilatçılığı ilə reallaşib. Festivalda Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan, Hollandiya, Almaniya, Ermənistan və Ukraynadan olan rəqs kollektivləri iştirak edib. 

FOTOQALEREYA

Oxunub 1815 dəfə