Verilişin qonaqları ELS MAM-nin rəhbəri və sözügedən layihənin koordinatoru İradə Yaqubova, “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin Münsiflər Heyətinin həmsədrləri Azərbaycanın xalq artisti, bəstəkar Oqtay Zülfüqarov, Bakı Musiqi Akademiyasının elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə müsabiqə haqqında ətraflı məlumat verərək uşaq mahnılarının dünəni, bugünü və sabahı haqqında söhbət açıblar. Onlar 2013-cü ildə yazılan və Müsabiqənin qalibi olan yeni uşaq mahnılarından ibarət disk və not albomlarının artıq işıq üzü gördüyünü və uşaqlarla işləyən peşəkarlara, o cümlədən Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəbləri və uşaq bağçalarının müəllimlərinə paylandığını bildiriblər.
Canlı yayım zamanı “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müabiqəsinin qalib mahnıları “Bənövşə” Dövlət Uşaq Xoru və “Aysel” qrupunun gənc solistləri təfəfindən ifa olunub.
Birinci hissə
İkinci hissə
Ücüncü hisshə