Uşaq yaradıcılıq mərkəzləri, uşaq bağçaları və Sumqayıt şəhəri orta təhsil məktəblərinin təmsilçılərinin iştirakı ilə keçiriləcək tədbirdə layhənin yekun təqdimatı ilə yanaşı ELS-in 2013-cü ildə AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yeni uşaq mahnıları - 2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu və audiodiskdən ibarət toplumun təqdimatı və paylanılması nəzərdə tutulmuşdur.
Sizləri tədbirə dəvət edirik və inanırıq ki, uşaq mahnılarının yenidən gündəmə gəlməsində mühüm rol oynayacaqsınız.