Komitə çoxsaylı müraciətləri nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikasında məktəblilər üçün geyim dəsti istehsalını “Bakı Tikiş Evi” ATSC (Bakı şəhəri ərazisində və digər yerlərdə) və “Bakı Tekstil Fabriki” MMC (Sumqayıt şəhəri, Abşeron rayonu və digər yerlərdə) həyata keçirir. Qeyd olunub ki, komitə tərəfindən təsdiq olunmuş hər iki müəssisəyə məxsus texniki şərtlərdə məhsulun keyfiyyətinə olan zəruri, insan sağlamlığı, əmlakının qorunması üçün təhlükəsizliyi təmin edən məcburi tələblər öz əksini tapıb: “Şagirdlər üçün dəstlərin xarici görünüşü və modelin təsviri valideynlərin, məktəb direktorlarının və şagirdlərin iştirakı ilə seçilib, razılaşdırılıb və təsdiq olunub.
Hər iki müəssisənin istehsal etdiyi məhsulların laboratoriya sınaqları aparılıb, normativ sənədlərin tələblərinə uyğunluğu təsdiq edilib və Komitə tərəfindən akkreditasiya olunmuş sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılıb.
Adıçəkilən müəssisələrdən başqa məktəbli formalarının istehsalı ilə bağlı Komitəyə heç bir müraciət daxil olmayıb. Ona görə də, valideyn və məktəblilərə keyfiyyəti və təhlükəsizliyi təsdiq olunmuş müəssisələrin məhsullarını almağı tövsiyə edirik”.