“Günay” teatrının ünvanına xoş sözlər deyən Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan kollektivi fəxri fərmanla tətif edib. Konsertdə həmçinin Rusiyanın Azərbaycandakı səfirinin müşaviri, Azərbaycanda Rusiya Əməkdaşlıq Nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxış edib və kollektivə MDB məsələləri üzrə Federal Agentlik Nümayəndəliyinin təşəkkür məktubunu təqdim edib.
Qeyd edək ki, bütün bu illər ərzində “Günay” Teatrının təsisçisi, rəhbəri, ssenaristi və quruluşçu rejissoru Larisa Tarusova, xoreoqrafı Günəş Talıbovadır. Teatrın repertuarında əsas yeri milli və dünya klassik əsərlər, həmçinin böyük xoreoqrafik proqram tutur.