Musiqini Dinlə













Axtarış


Oqtay Zülfüqarov 90 il. konsert

sehrlidunya com

Tərəfdaşlarımız

sehrlidunya com

 

yazidergisi

 

Gunay ut

Arxiv

« November 2019 »
Mon Tue Wed Thu Fri Sat Sun
        1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30  

Faydalı Linklər

merkezi-kitabxana

milli-kitabxana

C.Cabbarli-kitabxana2

Fkocerli

sebail-merkezlesdirilmish-kitabxana

M-Seyidzade-kitabxana

M-Ezizbeyov-kitabxana

A-Shaiq-kitabxana

 

Sabunchu mks

 

Suraxani mks

 

BIneqedi-mks

 

Qaradag mks

 

Xezer-MKS

 

Xetai mks

 

Nizami mks

 

Quba mks

 

Beyleqan MKS

 

Sumqayit merkezi kitabxana

 

Masalli mks

 

Absheron Qalereyasi

 

ART Studio

 

Qiz qalasi resm qalereyasi

 

logo 1

 

logo 6

 

Bazar ertəsi, 28 Oktyabr 2019 16:00

Müslüm Maqomayevin xatirəsi yad olunub

img-20191025-122708Görkəmli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin (1942-2008) vəfatından 11 il ötür. Bu münasibətlə oktyabrın 25-də I Fəxri xiyabanda dünyaşöhrətli musiqiçinin məzarı ziyarət olunub. Məlumatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi saytı yayıb.

Mərasimdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri Sergey Stepanov və tanınmış incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Xalq artisti Firəngiz Əlizadə Müslüm Maqomayevin dahi bəstəkar kimi təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində tanındığını və sevildiyini deyib: “Müslüm Maqomayevə musiqi duyumu ailəsindən gəlirdi. Dahi bəstəkarın babası Müslüm Maqomayev Üzeyir Hacıbəyli ilə birlikdə Azərbaycan professional musiqisini yaratmış şəxsdir. Böyük müğənninin bariton səsi dünyada ən nadir səslərdən biridir. Biz çalışırıq ki, onun xatirəsini həmişə uca tutaq”.

Rusiya səfirliyinin müşaviri Sergey Stepanov bildirib ki, Müslüm Maqomayevin məzarı qarşısına toplaşanlar arasında gənc nəslin nümayəndələrinin olması çox sevindiricidir: “Biz ildə iki dəfə - avqust və oktyabr aylarında bəstəkarın məzarını ziyarət edirik. Amma musiqisevərlər onu hər zaman yada salır, ifalarından zövq alırlar. O, qəlblərdə yaşayır və daim yaşayacaq. Onun kimi dahi bəstəkarın sənət ucalığına çatmaq çox çətindir”.

Qeyd edək ki, Müslüm Maqomayevin yaradıcılığı Azərbaycan mədəniyyəti tarixində xüsusi yer tutur. O, dünyanın ən möhtəşəm konsert salonlarındakı rəngarəng çıxışları ilə Azərbaycan mədəniyyətinə geniş şöhrət qazandırıb.

M.Maqomayev 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti, professor Şövkət Məmmədovanın sinfində bitirib. 1963-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayan ifaçı C.Rossininin “Sevilya bərbəri” operasında yaratdığı Fiqaro obrazı ilə məşhurlaşıb.

Müğənninin repertuarında “Koroğlu” (Ü.Hacıbəyli), “Şah İsmayıl” (M.Maqomayev), “Toska” (C.Puççini), “Aleko” (S.Raxmaninov) operalarından ariyalar, Azərbaycan və xarici ölkə bəstəkarlarının onlarca estrada mahnısı xüsusi yer tuturdu. Keçmiş SSRİ-nin ən populyar estrada müğənnilərindən biri olan Müslüm Maqomayev, sözün əsl mənasında, ümumxalq məhəbbəti qazanmışdı.

Sənətkar 1973-cü ildə “SSRİ Xalq artisti” fəxri adına layiq görülüb, 1997-ci ildə Azərbaycanın “Şöhrət”, 2002-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.

Oxunub 45 dəfə